31.01.2013

Sosial yönümlü facebook brend səhifələri və 1 milyona 1 ay qalan Azərbaycan

Socialbakersə üzv olduğumdan mütəmadi olaraq yeni hesabatları alıram və hər dəfə də çox maraqlı olur. Bu dəfəki hesabat isə dünya üzrə brendlərin facebookda sosial yönümlülüyünü təhlil edirdi. Nəticələr məni çox maraqlandırdı. Sizinlə paylaşmaq istədim. Başlayaq elə birinci "socially devoted" kəliməsindən. Aşağıdakı şəkildən gördüyünüz kimi bu söz əsas 3 parametrlə izah olunur. 

1) özünü fanlarına qarşı açıq elan etmək, yazıların sizin divarınızda rahat yayımlana bilməsi
2) Fanların suallarına cavab verilməsi
3) Fanlarla zamanında kommunikasiyaya keçə bilmə

6.01.2013

Öz statusunda boğulanlar

"Vaxt var idi, vaxt yox idi" konsepsiyası üzrə bir çox məsə"Lələ"rə "toxunacağıq"

Marketer Məhərrəm başını aşağı salıb 2012-ci il işlədiyi şirkətin yeni il kampaniyası ilə məşğul olurdu. Hətta şirkəti üçün "Vaxt var idi, vaxt yox idi" konsepsiyasını da özü hazırlamışdı. Yuxarıdakı videoda konseptin bütün elementlərini görə bilərsiniz. Elə yenicə bu konsepti ictimaiyyətə təqdim etmişdi ki, sosial şəbəkələrdə fərqli və maraqlı formalarda müzakirələrin şahidi oldu. Əsas müzakirə mövzusu da çox dərindən izah etməyim deyə  İlkinin və Anarın öz bloglarında yayımladıqları yazılar üzərinə oldu. Tərslikdən bu ərəfələr təkcə bu yox, digər məsələlər də müzakirə olundu. Marketer Məhərrəm onları qısaca aşağıdakı kimi qruplaşdırıb, yenə qısaca öz münasibətini bildirmək qərarına gəldi.
  1. "Vaxt var idi" necə yarandı?
  2. Marketinq Direktoru kreativ konsept verərmi?
  3. Facemarkın avtobus reklamı və ya marketinqin marketinqi lazımdırmı?

Adverdiklərim silsiləsindən: "İdealda nə baş verir?"

10-13 aprel 2012-ci il üçün Türkiyəyə istirahət şansı qazanmaq üçün keçirilən aksiyaya verdiyim ad.

Adverdiklərim silsiləsindən: "Bizdən al - Bizdən qazan"

May ayına olan 1+1 kampaniyası üçün kreativ ad düşünək dedik və "bizdən al - bizdən qazan" mesajı yarandı. Mesaj həm də 1 bizdən al + 1 bizdən qazan kimi assosasiya olunur.