8.11.2014

Həyata "teymurvari" baxış

Əziz oxucular, marketer Məhərrəm bu dəfə Sizə tam fərqli bir mövzuda xitab edəcək. Əslində fərqli deyil, məzmun eynidir, forma fərqli. İstər marketoloq olun, istər mənim dostum Anar kimi sok satın, istər digər dostum İlkin kimi fen satın, ya da məni kimi ətir satın fərq etməz, kim olursunuz-olun gördüyünüz bütün işlər və fəndlər iki yerə bölünür: Yaxşı və Pis. Qalan hər şey ya yaxşıya nisbətən pis, ya da pisə nisbətən yaxşılar arasında amansız mübarizə və onun nəticələrindən ibarətdir. Onun üçün də bu dəfə peşənizdən asılı olmayaraq həyatınızı yüngülləşdirəcək bir iki fikir paylaşmaq istəyirəm. Yazıya da o səbəbdən "Həyata yüngülvari baxış" və ya daha dəqiq olsaq  "Həyata teymurvari baxış" adını qoydum. Keçək mətləbə. Bəri başdan deyim ki, yazı uzundur. Qısa oxumağı sevənlər elə bu sətirdən sonra dayana bilərlər.

Mənim 2002-ci ildən tanıdığım bir dahi tanışım var. Bundan sonra bütün ifadələrimdə dahi sözünü dostum sözü ilə əvəz edəcəm, amma Siz hər dəfə dostum sözünü görsəniz bilin ki, dahi sözü ilə eynidir mənim üçün. Bəli, bu dostumun adı Teymurdur. Çox fərqli biridir, amma fərli biri deyil.