Neftçilər prospektində mağazamız açılmışdı və həmin mağazanın tanıtımını ora yaxın bir yerlərdə reklam etmək lazım idi. Çox düşündük ki, bunu necə edək. Sonunda Park Bulvarda avtomobillərin sıx olduğu parking yerini, təni qarajı seçdik. Qarajdan çıxan bütün avtomobillərin gördüyü (görmək məcburiyyətində olduğu) bir yerdə emosional bir sloqan ilə yeni mağazanı tanıtdıq. Mesajımız "İdeal ilə hər yerdə Gözəlsən" idi. Ad üç məna daşıyırdı: Gözəl- özəl -sən. Bir çox müştərilərdən və dost-tanışlardan alınan reaksiyaya görə deyə bilərəm ki, mesaj təsir edə bilmişdi insanlara. Hətta bunu havalimanında da vip tərəfdən çıxarkən bu reklam panosunu yerləşdirmişdik. Düşünürəm ki, sözlə vizual və məntiqi baxımından gözəl oynama idi.
27.10.2012
"Adverdiklərim" silsiləsindən: İdeal ilə Daha Gözəl Yay
Nəhayət bir qədərlik aradan sonra bloqda işlədiyim şirkətdə keçirilən kampaniyalara verdiyim adlar, kreativ konsepsiyası və yeni ideyalarla bağlı fikirlərimi bölüşməyə vaxt tapdım. Ən son 2011-ci ilin may ayına qədərki edilən kampaniyalar haqqında yazmışdım.
Növbəti belə bir kampaniya 2011-ci ilin may ayında keçirilmişdi. Yay ayına təsadüf etdiyinə görə mövsümə uyğun ad seçilməli idi. Mən də o səbəbdən kampaniyaya "İdeal ilə Daha Gözəl Yay" adı verdim. Hətta xatırladım ki, o zaman dizaynerimiz olmadığına görə gördüyünüz dizaynı belə qeyri-professionalcasına özüm hazırlamışdım. Aksiyanın əsas məqsədi müxtəlif faizli kart sahiblərinə yay ayında fərqli endirimlər vermək idi.
Növbəti belə bir kampaniya 2011-ci ilin may ayında keçirilmişdi. Yay ayına təsadüf etdiyinə görə mövsümə uyğun ad seçilməli idi. Mən də o səbəbdən kampaniyaya "İdeal ilə Daha Gözəl Yay" adı verdim. Hətta xatırladım ki, o zaman dizaynerimiz olmadığına görə gördüyünüz dizaynı belə qeyri-professionalcasına özüm hazırlamışdım. Aksiyanın əsas məqsədi müxtəlif faizli kart sahiblərinə yay ayında fərqli endirimlər vermək idi.
22.10.2012
Facemark-ın 1 yaşı oldu
“Qaraqutu”dan “Face of Marketing”ə çevrilən 1 illik yol
21 oktyabr sevilən, oxunan marketinq portalı olan Facemarkın yaranmasının 1 ili
tamam olur. Düz 1 il öncə, 21 oktyabr 2011-ci ildə Facemark saytı rəsmi fəaliyyətə
başladığını elan etdi. Rəsmi səhifəsinin açılması ilə yanaşı eyni zamanda
saytın facebook səhifəsi də açıldı. Bu günkü tarix 21 oktyabr 2012 və demək ki,
tarixin bu ana 1 illik Facemark adlı vərəqi var. Nədən başlayım yazmağa tam
bilmirəm. Çox sevincli, qürurluyam, amma bir o qədər də məsuliyyətin verdiyi
yükün altında hiss edirəm özümü. Sayt haqqında ilk fikirlərin beyində dolaşdığı
ərəfələrdə yaxın dostum Anara demişdim ki, vaxt gələcək indi sənə dediklərimi
bir tarix kimi hardasa ya mən yazacam, ya da kimsə yazacaq. Göründüyü kimi özüm
yazası oldum)). İndi sadəcə içimdən bu bir ildə nələr oldu onu paylaşmaq gəlir.
İdeya necə yarandı?
Öncə
yazdığım bir yazıda
dediyim kimi marketinqə ani keçid etmişdim və o gündən də onun xəstəsi olmuşdum.
Təbii ki, o vaxtlar marketinqlə bağlı böyük boşluq var idi. Universitet dönəmində
və hərbi xidmətdən sonrakı dönəmdə bu boşluğu fərqli-fərqli yollar və mənbələrdən
istifadə etməklə doldurmağa çalışırdıq. Lakin bir müddət gəldi ki, istər
marketinqə aid mənbələrdə, istərsə də bu bu işlə məşğul olanlar arasında meydan
boşluğu olduğunu hiss etdim və dediyim kimi sadəcə bir gecədə “mən marketinq
portalı yaradacam və onu ölkənin daxilində və kənarında ən oxunan marketinq
saytına çevirəcəm” dedim öz-özümə. Həyatda özümü ideyaları uğruna çox
prinsipial biri kimi tanıyıram və nə olur-olsun istədiyimi almağı, qopartmağı, əldə
etməyi sevirəm, proses özü mənə zövq verir, çünki daha çox proses adamı hesab
edirəm özümü. 2011-ci ilin mart ayından yaxın ətrafımla müzakirələrə başladım və
nəhayət bu işi dostum Anarla sözdən kağıza, konkret işə keçirmək qərarına gəldik.
Tofiq Bəhramov adına stadionun yanındakı sakit bir çayxanaya əlimizdə qələm və
3-4 A4 vərəqləri ilə yollandıq. Yazının ən sonundakı şəkillər o tip görüşlərdən
birində saytın ideyasının beyində cızılmasının müzakirəsindən olan görüntülərdir.
Bu gün onların hər birini sadəcə arxiv üçün saxlayıram. Kağızlardan gördüyünüz
kimi may ayında konkret saytın sxemini hazırlamışdım. Ən çox bölmə adları və
digər adlarda daha çox mili, daha çox yaradıcı adlardan istifadə etmək istəyirdim,
bunun üçün də xeyli düşünməli olurdum. Nəhayət bir neçə görüş, müzakirə və
qırğınlardan sonra sxemi hazır etdik. Maraqlı orasıdır ki, sayta xəbəri necə
yığacağıq, necə bir mövqeləndirmə edəcəyik, iş prinsipi necə olacaq qətiyyən
düşünmürdüm. Sadəcə tez bir müddətdə pul tapıb saytı hazır etmək istəyirdik.
30.09.2012
3 qaranın sirri – Marketing AİR
2003-cü ildə
biləndə ki, universitetdə marketinq ixtisasına düşmüşəm, açığı bir az da kədərlənmişdim.
O illər menecment daha dəbli idi. Ələxsüs də mən, 1 bala görə menecmentə deyil,
marketinqə düşmüşdüm. Həmin vaxt mənimlə bir hazırlaşan dostumun məni necə təsəlli
etdiyi indi də yadımdadır. Amma zaman nəinki keçdi, hətta göstərdi ki,
marketinq daha tələbatlı sahədir. Bu dəyəri başa düşəndən sonra marketinq bir
növ mənim işimə, zövqümə, həyat tərzimə çevrildi. Ondan sonra da nələr oldu, nələr...
Amma bu dəfə mən marketinq sahəsində atılan ilklərdən biri haqqında yazmaq istəyirəm.
O ilkin adı Marketing AİR oldu. Biz ilk dəfə Azərbaycanda praktiki bilgilərə əsaslanan
və daha geniş miqyaslı seminarlar üçün bir araya gəldik.
Marketing AİR necə yarandı?
Bir dəfə İlkinlə marketoloqların tez-tez
yığışdığı Park Fore restoranında yenə elə marketinqin keçmişindən-gələcəyindən
danışırdıq. Brandmarkeri
türk tələbələrin necə professional şəkildə təşkil etdiklərini danışırdım, səhv
etmirəmsə. Elə o vaxt İlkin mənə niyə bunu Azərbaycanda və daha praktik formada
etməyək dedi. Heç düşünmədən “niyə etmirik ki, ondan da yaxşısını edə bilərik”
dedim və o dediyim gündən də dediyim sözün əsiri oldum, bu günə kimi də əlləşirəm
J.
Hardasa iyul ayının sonları olardı və biz bir yerdən dəftər, qələm tapıb ilk
qeydləri, addımları yazmağa başladıq. Hər yazdıqca da bir xeyli əmək, zəhmət tələb
edən işin altına girdiyimizin fərqində idik. Nə isə ki, bir neçə gün sonra bu zəhmətə
Anarı da şərik qoşduq. Nəhayət 4
avqustda bütün şifahi deyilənləri maillə sistemli şəkildə yazdıq və bu mail işə
ciddi başlamağımızın əsası oldu.
29.09.2012
Red Apple 2012 xatirələri (I yazı)
Məlum olduğu kimi Facemark
növbəti reklam festivallarından biri olan 22-ci Moskva Beynəlxalq Marketinq və
Reklam Festivalı Red
Apple 2012-nin Azərbaycan üzrə yeganə media partnyoru oldu. 19-20 sentyabr Facemark adından mən və Embawood
şirkətindən Ramil Mahmudov rəsmi akkreditasiya ilə iştirak etdik. Rusiyada
ömrümün ilk 5 ilini yaşamışam və 90-cı ildən bu tərəfə də Rusiyada olmamışdım. Bir
tərəfdən də soyuq ölkənin soyuq təbiəti və insanları, şəhərini görmək həvəsim
vardı.
Moskva 2010+2
Festivala keçməmişdən öncə bəzi müşahidə etdiklərim
nüansları paylaşmaq istəyirəm. Ümumiyyətlə olduğum hər yerdə araşdırma-müqayisə
üsulundan çox istifadə edirəm. Aeroportda Türk Hava Yolları ilə gedəndə türklər
demiş bəzi “ayrıcalıklar” olur THY-dən uçanlar üçün. Məsələn, THY ilə uçanlar
bütün türk qəzetlərini pulsuz olaraq ala bilərlər. Biz isə Azal ilə uçurduq,
özü də Azalın əsasən İstanbula uçan ən böyük, son model Boinqi ilə. Salonda isə
bizə Azərbaycan qəzetini verdilər. Bundan öncə də bir neçə dəfə Azal ilə
uçmuşdum, amma qəzet vermirdilər. Demək ki, bu da özlüyündə irəliləyişdir.
Etiketlər:
facemark,
festival,
moskva,
red apple 2012
Yer:
Digital October
17.08.2012
Turkcelldən super viral
Turkcell Maxiplus 5 üçün çox maraqlı bir viral hazırlayıb. Bu gün internetdə gəzişərkən təsadüfən gördüm, çox xoş oldu. Ağıllıca düşünülmüş bir ideyadır, məncə. Hələ Patinin hrəkətləri bir ayrı ləzzət edir.
15.08.2012
5-cə dəqiqə... Bilmədiklərimiz yox, bilib tətbiq etmədiklərimiz haqqında
Xeyli vaxtdır nə haqqında yazacağım barədə düşünürdüm. Nəhayət növbəti iş görüşlərinin birində qərarımı verdim. Mövzum bir çoxlarımızın mütəmadi olaraq iştirak etdiyi və ya dəvət etdiyi şəxslərlə iş görüşməsi haqqında olacaq. Görüş öncəsi, görüş zamanı və sonrası nələrə diqqət etməliyik, professional danışıq tərzi, dinləmə bacarığı və effektiv nəticə əldə etmək üçün bilmədiklərimiz yox, bilib tətbiq etmədiklərimiz haqqında yazmaq istəyirəm.
Mən, Bakıdakı bütün “qara adamlar” kimi səhər saat 9-da işə gəlib axşam neçədəsə evə gedənlər sinfinə daxiləm. Səhər isə ilk işim gündəliyimdə bu günə qeyd olunan görüşləri incələmək, dəqiqləşdirmək olur. Görüşün və görüşənin tipinə, əhəmiyyətinə uyğun olaraq ön hazırlıq gördüyüm vaxtlar da olur. Çalışıram ki, görüşdə istifadə etdiyim kəlimələri belə çox diqqətlə seçim, çünki yerində olmayan bir söz belə görüşün taleyini həll edə bilər. Bu illər ərzində görüşlərin sayını unutsam da, özümçün qeyd etdiyim bəzi məqamları unutmamışam. Bu dəfə də məhz bunları üzrünüzə sığınaraq paylaşmaq istəyirəm.
14.08.2012
Mixaylo şəhərdədir, yoxsa Mixaylo hamilədir?
Diqqət çəkməyin ucuz və ya bahalı üsulları
Sosial şəbəklələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qərbdən ixrac olunan sosiallaşma bizdə o qədər dərinə gedir ki, hərdən fikirləşirsən ki, günlərin bir günü facebook bağlansaydı nə olardı? Qərb “vur” deyəndə şərq “öldürüb” həmişə. Qərbdəki bu sosiallaşma dalğası şərqə doğru transfer olduqca inkişaf edib-edib bizi asosiallaşmağa aparacaq, deyəsən. Fikirləşək, görək facebook bağlansaydı həqiqətən nə necə olardı?
- Facebook olmasaydı biz dostlarımızın, tanışlarımızın sabah ad günü olduğunu bilib gecədən ona təbriki necə yazardıq? Və bununla da necə də diqqətcil olduğumuzu necə göstərərdik?
- Facebook olmasaydı, adamın mobil telefonuna zəng edib cavab almayanda onun facebookda nələrisə paylaşdığını görüb, geri smslə ona “bizi niyə saymırsan” sözünü əminliklə yaza bilərdikmi?
23.07.2012
Yazmağın ləzzəti və ya bir qaranın sirri
Yazının mesajı: Uçmağın ləzzətini
qartaldan soruş, toyuqdan yox !
Bu gün, yəni 22
iyul milli mətbuat günüdür. Hər il bir dəfə bu gün Həsən bəy Zərdabi
xatırlanır, şəninə tərif yağdırılır, onun yazdıqları, dedikləri hələ də
aktualdır deyilir. Yəqin biz tək-tük millətlərdənik ki, 200 il öncəki problemlərin
indi də aktual olduğuna sevinirik. Nə isə mövzum bu deyil, bu dəfə bir az türklər
demiş kəndimə qayıdıb geridə buraxdığım 10 ili xatırlamağa çalışacam. Bütün
qara adamlar kimi gücü qələmə verib bir az vaxtınızı alacam, dünənə kimi sirr olan
bəzi məsələlərə toxunacam.
12.07.2012
Allaha inanmayan Allahın Yaponları
Oxuyaq, bizim də üzümüzə gün doğsun
İndiyədək
yaponlar haqqında çox oxumuşam, bu insanların yaşam və uğur tərzi mənə həmişə
maraqlı olub. Əbəs yerə uğur tərzi demədim, çünki indiyədək gördükləri ilə yaponlar
uğuru əlçatılması asan olmayan fenomenə yox, məhzə sıradan bir tərzə çevirməyi
bacarıblar. Ən son oxuduğum kitabdan sonra isə qəti qərara gəldim ki, indiyədək
ayrı-ayrı yerlərdə apardığım qeydlərimi bir yerə toplayıb bütün oxuyucularım və
oxumayıcılarımla paylaşım. İstənilən iki halda paylaşmaq gözəldir :)
Yaponlar haqqında bir-iki kəlimə
Yaponiya
haqqında ümumi olaraq coğrafi baxımdan qısa yadımda qalanlar bunlardır. Ərazisi
təxminən 377 min kv.km-dir, ərazisi ümumi 6852 adadan ibarətdir, torpaqlarının
cəmi 13%-i əkinçiliyə əlverişlidir və son olaraq ərazisinin 66%-i dağlıqdır.
Yapon iqtisadiyyatının xammadə tələbatı demək olar ki, 100% idxal olunur, qida
maddələrinin isə tam yarısı idxal olunur. Qısaca yaponiyada yoxsul yoxdur, amma
çox zəngin insanlar da yoxdur deyirlər. 128 milyon əhalisi olan ölkənin 2050-ci
ilə qədər 100 milyona enəcəyi deyilir. Bu “bir-iki kəlimə”ni deməkdə məqsədim
yaponların hər mənada “resurs” baxımından nə qədər sıxıntısının olduğunu göstərməkdir.
Babam demiş di gəl ki, bu ölkə inflyasiyanın 0-nın altında olan nadir ölkələrdəndir.
O zaman avtomatik olaraq belə bir sual meydana çıxır: Bə niyə?????
Kaydol:
Kayıtlar (Atom)





