Ötən il kənardan sifariş aldığım maraqlı işlərdən biri. Stressdən qorunma üçün vasitə olan Sedatin haqqında banner və video çarx ideyası lazım idi. Bir az düşündükdən sonra aşağıdakı formada video çarx ortaya çıxdı. Bannerlərində də maraqlı kreativ var idi.
28.10.2012
"Adres" qalmaqalı
Ötən ilin noyabr ayında İdeal özünün indiyəqədərki ən böyük imic kampaniyasını buraxmışdı. O ana qədər çəkilən reklamlar içərisində ən bahalılardan sayılırdı. Reklamı Türkiyədə top 5-likdə olan reklam agentliklərindən olan Alametifarika çəkmişdi. Reklam haqqında danışmaq istəmirəm, bu haqda çox yazıldı, çox deyildi. Reklamın ideyası hələ beyinlərdə olarkən dəqiq konkretləşdirdiyimiz bir şey var idi. Bu reklam çarxı ilk yayın günündən çox müzakirə olunmalı idi. Nəysə ki, bir çox reklam agentlikləri ilə görüşdük. Sonunda Alametdə dayanarkən onlara belə bir fikrimizin olduğunu bildirdik. Lakin onlar deyəsən bunu tam anlamadılar, yenə öz bildikləri kimi bir sloqan təklif etmişdilər - Gözəlliyin adresi. Daha sonra biz başladıq bunun Azərbaycan versiyasını düşünməyə. lakin o vaxt anidən öyrəndik ki, əslində Azərbaycan dilinin izahlı lüğətində bu söz var, hətta adresat sözü belə var. Çox gözəl fürsət idi. Heç düşünmədən reklamı bu sloqanla buraxdıq. Sonra iradlar gəldi nə gəldi. Hətta antiinhisar departamentindən belə bizi sloqanı Azərbaycan dilinə adaptasiya ilə bağlı xəbərdarlıq belə gəldi, dərhal reklamları yığışdırmaq tapşırıldı. Təəssüf dövlət orqanı iddianı irəli sürəndə lüğətə gözucu olsa belə göz gəzdirməmişdi. Nəysə ki, biz də 4 cildlik izahlı lüğəti də qoltuğumuza vurub yollandıq nazirliyə, sübut edib qayıtdıq. Facebook səhifəmizə, saytımıza, maillərə belə n qədər şikayətlər daxil oldu ki, niyə rus dilində yazmısınız sloqanı. İstədiyimiz alınmışdı. Hamı bu haqda danışırdı şəhərdə. Biz isə hələ də geniş ictimaiyyətə bu haqda məlumat vermirdik. Hətta marketoloqlar, kopirayterlər belə bunu sezə bilməmişdi. Nəhayət bir müddət keçəndən sonra kitabın adres sözü olan səhifəsini print-skrin edib yayımladıq və şərhlər o andan anidən susdu. Bu gün iş stolumda 4 cildlik izahlı lüğətin olmasını elə o adres sözünə borcluyam :).
"Adverdiklərim" silsiləsindən: İdealda Yenə Bayram Var
Qurban bayramı münasibətilə İdealın ilk dəfə 2011-ci ildə keçirdiyi kampaniyaya "İdealda yenə bayram var" adı seçdim. Çünki bundan öncə Ramazan olmuşdu, Ramazandan sonra yenə bayram əhval-ruhiyyəsinə girmək üçün o bayramın yenə gəldiyi mesajını müştərilərə vermək lazım idi. 2012-ci ilin Qurban bayramı kampaniyasına da eyni sloqanı verdik.
27.10.2012
Kreativ: "Sağa Çəkil" rekordu
Öncəki yazımda dediyim kimi 2011-ci ilin sentyabrı çox gərgin keçirdi. Bu arada yeni il ərəfəsi də rəqib "ürək bulandırmağa" başlamışdı. Bu ərəfədə anidən çox maraqlı bir ideya ağlıma gəldi. Yalnız internetdə non-standart bir banner hazırlayacaqdıq. Bannerdə ilk 4-5 gün tizer gedəcəkdi. Tizerdə sadəcə yarışan 2 maşın görünür - qara və qızılı. İlk anda banner o qədər maraq doğurdu ki, indiyədək həmin bannerin 17%-lik CTR-ni heç bir banner qıra bilməyib.4-5 günlük tizerdən sonra isə bannerin ideala aid olduğu məlum olurdu. Sloqanımız da çox yaxşı idi - İdeal - Sürətin Fərqindəyik. Bannerdə sözlərin gedişi təxminən belə idi. "Müştərisini razı sala bilməyənlər bu yolda sadəcə sağa çəkilir. Yüksək xidmət və keyfiyyətimiz sayəsində sol hərəkət zolağında ideal sürətdəyik. İdeal - Sürətin Fərqindəyik"
Qızılı maşın rəqibi, qara maşın isə idealı ehtiva edirdi. Rəqibi o qədər qıcıqlandırmışdı ki, bu kampaniya, amma söz deməyə də səbəb tapa bilmirdilər, çünki heç yerdə rəqibin adı çəkilməmişdi ))). Yaxın ətrafımızdan, reklamçı dostlardan da eşitdiyimə görə o zaman üçün fərqli bir gediş olmuşdu bazarda. Aşağıda Sizə ssenarini təqdim edirəm.
Kreativ: İdealı sevməyən 10 000 adam axtarıram
2011-ci ilin sentyabr ayı gərgin idi. Həm yeni və böyük imic kampaniyasına hazırlaşırdıq, həm də kampaniyalar keçirirdik. Müəlllimlər Günü yaxınlaşdığı üçün başımız ona qarışmışdı. Bu arada rəhbərlikdən belə bir fikir gəldi ki, bəs müştərilərimiz arasında idealın facebook səhifəsində pis rəy yazanlar çoxalır. Mən də öz növbəmdə bunun çox da kritik durumda olmadığını göstərmək üçün belə bir "taktik çözümləmə" etdim. Deməli, yeni bir gizli fb səhifəsi yaratdıq və adı da "idealı sevməyən 10000 adam axtarıram" oldu. İdeyanı cəmi 3nəfər bilirdi şirkətdə. Qısa müddətdə hazırlığı tamamladıq və hətta fb reklamlar belə buraxdıq. Aşağıdakı şəkillərdən onları görə bilərsiniz. İlk müddətdə səhifəmizə çoxlu sayda fanlar tərəfindən yazı daxil oldu ki, bəs sizi filan yerdə pisləyirlər, girin imkan verməyin. Həmin səhifədə isə hətta rəqib şirkətin top menecerləri belə fan olmuşdu. Demək ki, istədiyimizi almışdıq. İstədiyimiz isə ən çox da o idi ki, hətta reklamla belə çox insanın o səhifəyə qoşulmadığını göstərmək. Xatırladım ki, həmin səhifə hələ də qalır və cəmi 339 üzvü var. Rəqiblər və müştərilər bundan çox sonra bizim tərəfimizdən yaradıldığını anladılar ki, onda da gec idi artıq. Biz istədiyimizi almışdıq.
"Adverdiklərim" silsiləsindən: BAYRAMLAŞAQ
2011-ci ilin avqust ayında Ramazan bayramı ilə əlaqədar olaraq kreativ konsept hazırlamaq lazım idi. Ramazanla bağlı kampaniyamıza "Bayramlaşaq" sloqanı verdim. Emosional təsir baxımından "bu bir də olmayacaq" sloqanından sonra deyərdim ki, ən çox müştərilərin xatırladığı adlardan oldu. Bu sloqan altında bütün vitrinlərimiz, radio reklamlarımız, internetdə veb bannerlərimiz hazırlandı. Radio reklam mətni və banner ssenari də bəndənizə aiddir.
Azərbaycanda ilk dəfə: İdeal Fan Card
Facebook səhifəmiz artan templə inkişaf edirdi. Hətta deyərdim ki, facebookda ən çox şərh yazılan, paylaşım edilən, haqqında danışılan səhifə idik. Fanlarımızı nə ilə daha da təəccübləndirək deyə düşünürdüm ki, bir an öncə mağazadan alış-veriş edənlərə necə endirim kartı verirdiksə, o cür də səhifəmizə üzv olanlara fan kart verək dedim. Tez müddətdə mexanizmi hazırlandı. Deməli, fan kart yalnız idealın facebook səhifəsinin fanı olanlara pulsuz veriləcəkdi. Kartın digər kartlardan əsas özəlliyi o olacaqdı ki, bizim facebookda keçirdiyimiz aksiyalarda yalnız bu kartı olanlar iştirak edə biləcəkdi, bundan da əlavə bu kart daşıyıcılarına digər kartlarımıza belə etmədiyimiz kampaniyalar edəcəkdik. Məsələn, deyək ki, 25 oktyabrda yalnız fan kartı olan müştərilərə 1+1 kampaniyası elan edirik. İştirakçılar da ancaq fan kartı olan müştərilər ola bilər. 2011-ci ilin iyun ayında ilk belə kartlarımızı buraxdıq. Artıq 5000-dən çox mağazamıza gəlib bu kartı alan fanlarımız var ki, onlar idealdan reklam xarakterli məlumat almaqdan heç yorulmurlar :))). Bu tip kart Azərbaycanda ilk dəfə idi və hələ heç bir şirkət öz fanlarını bu cür fərqləndirməmişdi. Maraqlı bir yenilik olduğunu düşünürəm.
"Adverdiklərim" silsiləsindən: Bu bir də olmayacaq!
1+1 kampaniyaları ilə hamının ən sevimli mağazası idik. Yayın cırhacırında yay ayının ən son 1+1 kampaniyasını etməyə qərar verdik. Ən son olmasını elə bir formada çatdırmaq lazım idi ki, insanlar inanılmaz dərəcədə maraqlansın və bütün planlarını bu kampaniya üzərinə qursunlar. Çox düşünəndən sonra belə bir taktiki mesaj seçdim - Sloqanımız "Bu bir də olmayacaq" oldu. Bunu eşidən və görən insanlar ümumiyyətlə bu kampaniyanın bir daha olmayacağını zənn etmişdilər, deyəsən. Çünki inanılmaz satış göstəriciləri almışdıq. Mağaza müdirləri ilə söhbətim zamanı da öyrəndim ki, hər kəs mağazada onu soruşub ki, 1+1 bir də olacaq ya yox? :). İndiyədək verdiyim adlar içində ən uğurlu adlardan birinin də məhz bu ad olduğunu düşünürəm.
Kaydol:
Kayıtlar (Atom)








