Nəhayət iyun ayının əvvəlindən başlayan “Ən Az Like” foto-müsabiqəsi
başa çatdı. 20 gün şəkil yığımı və 10 gün də “ən az like” vermə nəticəsində
qalib müəyyən olundu. Nəticələr olduqca maraqlıdır, belə ki, İdealın keçirdiyi
müsabiqələr içərisində ən çox müzakirə olunan və like toplayan müsabiqə bu
oldu. Baxmayaraq ki, hədiyyə fondu bundan əvvəlki müsabiqələrdən daha az idi,
ancaq facebookda və Azərbaycanda ilk dəfə keçirilən bu müsabiqəni ümumi 350
mindən çox insan görüb. İnsanların like səsvermələrindən bezdiyi bir vaxtda
qeyri-standart həll üsulu ilə öz fanları və eləcə də bütün facebook fanlarının
marağına səbəb olan müsabiqənin qısa nəticələrini müqayisəli şəkildə Sizinlə
paylaşıram. Xatırladım ki, Ən az Like müsabiqəsi bundan əvvəl ən çox marağa səbəb
olan Miss İdeal 2012 ilə müqayisə edilib.
