5.12.2013

MilliNet, yoxsa YerliNet ?!

MilliNet müsabiqəsinin bu ilki biabırçılığı haqqında danışacağıq.

Bu dəfə MilliNet müsabiqəsindən yazmaq istəyirəm. Əslində yazmayacaqdım, amma sonra düşündüm ki, niyə də yazmamalıyam, bu müsabiqənin faydasızlığına susmaq olmaz. Qısa olaraq bildirim ki, artıq 3-cü ildir ki, davamlı olaraq MilliNet müsabiqəsini izləyirəm. 2 ildir isə iştirak edirəm. Keçən il təqdim etdiyim saytın fb səhifəsinə jurilərin qeydlərini oxuyanda şoka düşmüşdüm. Juri adlanan kəs necə belə savadsız şərhlər, xüsusilə də təhqiredici ifadələr yaza bilər. Təbii ki, sonradan təşkilati komitəyə yazdığım maildə sərt şəkildə etirazımı bildirdim, həmin juri də şəxsən üzr istədi. Bu haqda çox yazmayacam, amma bu dəfə uğuruna 100% əmin olduğum, yəni çalışdığım şirkətin, İdealın facebook səhifəsinin MilliNetdəki dəyərləndirməsi barədə danışmaq istəyirəm.

İdealın facebook səhifəsini "ən yaxşı sosial şəbəkə səhifəsi" nominasiyası üzrə təqdim etmişdim. Və bu dəfə hələ 1-ci tura keçən 6 nominantı görəndə şoka düşməmək mümkün olmadı. Aşağıda Sizə həmin səhifələrin təhlilini də verəcəm. Amma ondan öncə qısa olaraq İdealın facebook səhifəsi haqqında qeydlərimi deyim. 


İdeal FB səhifəsinin üstünlükləri nələrdir?

Onu bildirim ki, səhifəmiz Azərbaycanda top 5-də olan şirkət səhifəsidir, socialbaker nəticələrinə görə 2013-cü il xüsusi mükafat alıb, eyni zamanda analitika nəticələrinə görə Azercell və Bakcell-in belə bir çox göstəricilərindən irəlidədir. Səhifədə bütün şəkillər xüsusi olaraq seçilir, 90% xarici brendlərin öz verdiyi şəkillər, 10% isə dizaynerin fb üçün xüsusi hazırladığı profil və cover şəkillər istifadə olunur. Bundan əlavə çox az səhifədə olan və fan səhifənin ən önəmli göstəricilərindən olan 8 professional işlənmiş app vardır. Bununla fan səhifə tam olaraq mini sayt rolunu oynayır. Azərbaycanda ilk dəfə gözəllik və ya başqa dildə desək LİKE yarışmasını professional app üzərindən etmişik və bunun üçün xüsusi Miss İDEAL 2013 əlavəsi yazılıb. Və ən əsası ilk dəfə əlavələr arasında adriver sistemi ilə izlənilə bilən reklam bannerləri fan səhifədə yerləşdirilib. Bununla bitmir. Fan səhifə illik, aylıq, həftəlik və günlük olaraq xüsusi hazırlanmış proqram vasitəsilə idarə edilir. Response rate indekslərində ilk sıralardadır. Səhifədə reklam xarakerli postlardan əlavə gündəlik olaraq fanlara hədiyyə qazandıran sual, eyni zamanda xanım və bəylər üçün maraqlı olan faydalı məlumatlar yer alır. Bu qədər kifayətdir, məncə. İndi gələk bu nominasiyada 2-ci tura keçən 6 fan səhifəsinə:

1. https://www.facebook.com/azadliqradiosu - Azadlıq Radiosunun fb səhifəsi

Səhifədə 3 professional əlavə var. Səhifədə şəkil və paylaşımlarda xüsusi özəllik yoxdur. Saytın xəbərləri birəbir paylaşılır. Amma aktual və faydalılıq baxımından səhifənin nominantlar sırasına salınmasını haqlı görürəm.

2. www.facebook.com/kenan.mecidov - Fotoqraf Kənan Məcidovun fan səhifəsi

İşin ən gülməli tərəfi burdadır. Səhifədə heç bir özəllikdən, aktuallıqdan və faydalılıqdan söhbət gedə bilməz. Nominantlar arasında ən son yeri faydalılıq əmsalına görə bəlkədə bu səhifə almalıdır. Çünki səhifədə çəkilən şəkillərin yayımından başqa bir şey yoxdur, şəkillər belə səhifəyə ölçüsü azaldılıb yüklənib, hər halda fotoqrafın səhifəsində şəkillər göz oxşamalıdır. Fotoqraf özü şərh yazanlara aktiv işləmir, yəni onların fikirlərinə münasibət bildirmir, geri feedback yoxdur. Və bunlar bir tərəfə fotoqrafın səhifəsi yuxarıda yazdığım parametrləri və stili olan səhifə ilə müqayisədə növbəti tura keçir. MilliNet-i "nə zibilə düşdüm dəstəklədim" deyib obyektivliyini itirərək dəstəkləmək zorunda qalan Vahid Qasımov bu səhifənin seçilmə özəlliyini də açıqlasa sevinərdik. Bir sözlə gülüncdür.


Professional heç bir əlavə yoxdur. Fan səhifəyə özəl xüsusi sxem tətbiq edilmir. Amma səhifənin və mövzunun aktuallığı və faydalılığı baxımından dəstəklənməsini düşünürəm. Eyni zamanda fikirləşirəm ki, bu ad altında fəaliyyət göstərən səhifə üçün də az iş görülüb. Amma növbəti tura keçməsinə haqq verirəm. 


İki xəbər saytı tur adlayır, ən böyük absurd. Ən azı oxşar sahə olduğundan ikisi müzakirə edilərək biri seçilməli idi. Səhifədə heç bir professional əlavə və işlənmə yoxdur. Xəbər saytı favorite pages bölməsində Ford Azerbaijan, maykalar.com, resto.az kimi səhifələri əlavə edib. Tam qeyri-professional addım. Nə aktuallıq, nə xəbərlərin təqdim özəlliyi və də faydalılığı baxımından Azadlıq Radiosundan xüsusi seçilmir, ən az parallel qoyula bilməz. İdealın səhifəsi ilə müqayisədə isə mənfiyə düşməlidir.


Növbəti "multfilm" bu səhifədir. Şəxsi trainerin səhifəsində heç bir özəl əlavə yoxdur. Seminarların adları və şəkilləri, xüsusən də fanların paylaşılanlara reaksiyası yoxdur. "Seksologiyanın tarixi" falan mövzular belə fanları cəlb edə bilməyib. Ümumiyyətlə profil və coverini Vahid müəllim dediyinə əsaslansaq vizual heç bir effekt vermir. Bu arada kriteriya kimi vizual xoş deyil ifadəsini də ilk dəfə Vahid müəllimdən eşitdik, sağ olsun. Bu səhifə fotoqrafın səhifəsi kimi ən dəxilsiz seçimlərdən ikincisidir. Mövzuya və müsabiqəyə əlaqəsi qaranlıqdır. Jurilərdən kiminsə yaxınıdırsa, o başqa.


Deməli, bu səhifə də həm korporativ, həm də sosial şəbəkə nominasiyasında seçilib, daha bir disbalans. Korporativ seçilibsə, fan səhifə niyə? və ya tərsi. Seçim o qədər qıtlıq idi. Səhifədə cəmi səliqəsiz yığılmış 1 sorğu əlavəsi var. Şəkillər xüsusi işlənmir. Ümumən normal səhifədir. Amma dediyim kimi iki nominasiyada seçilməsi düzgün deyil. Bizim səhifə ilə isə ümumiyyətlə müqayisə oluna bilməz.

MilliNet necə qiymətləndirir və qiymətləndirməli idi???

Profilimdə yazdığım statusa şərh yazan Vahid müəllimin dediyinə görə 10-dan çox juri üzvi MilliLike verir. Onlar toplanır və ona əsasən seçim edilir. Amma adını düz seçiblər milli like, yəni azərbaycan sayağı like. Sözün əsl mənasında heç bir məntiqə əsaslanmır. Ən böyük çatışmazlığı isə müsabiqə elan edilir, amma hansı kriteriya əsasında nominantlar dəyərləndiriləcək o yazılmır. Vahid müəllim bildirdi ki, kimin nə xoşuna gəlir səs verir. Bu professionallığı alqışlamaq lazımdır, məncə. Kiminsə XOŞU ilə seçilənlər jurilərə minnətdar olmalıdır ki, onları əhvalının SAZ yerinə düşüb, dostunun dostu, körpü məsələsində tanış və s. çıxıb. Halbuki, mütləq şəkildə kriteriya olmalı idi. O kriteriya əsasında səhifələr dəyərləndirilməli və keçənlər və keçməyənlər haqqında şərhlər açıq şəkildə yazılmalıdır. Ümumiyyətlə o jurilərin özünün öz sahələrində professionallığı da sual altındadır. İnciməsinlər, amma seçimləri onlar haqqında bu cür düşünməyə əsas verir. Professional tənqidçinin verdiyi şərhə baxın: 

  • Cover picture iyrəncdir, profil brendi əks etdirmir - kim harda yazıb ki, profil həmişə brendi əks etdirməlidir. Cover yeni əlavəmizi tanıtmaq üçün hazırlanıb, iyrəncdir yazmaq ən məntiqsiz fikirdir. Saman çöpündən yapışmağa bənzəyir.
  • Şəkillərin çox maraqsızdır - şərhə baxın. Maraqlı ümumiyyətlə nə deməkdir. Səbəb yazır ki, ağ fonlu olmasıdır. Onu dünya brendləri o cür çəkib bizə verirsə, nədən danışırıq ümumiyyətlə. Chanellin dizaynerindən yaxşımı biləcəksiniz ki, şəkilin fonu necə olmalıdır.
  • Postlar maraqsız, lifestyle yoxdur - hiss olunur ki, 3 dəqiqə ərzində baxa bildiyinə çatdırıb baxıb. Lifestyle gündəlik olaraq qoyulur. və yenə də "maraqsız" söhbəti. Maraqlı-nı tanıyanlardan bildirmələrini xahiş edək onda ki, görək bu "maraqlı" nəyə oxşayır. Şərhdə yazdığım kimi komentlər el arasında məşhur olan "voopşe sənin papağın hansı" misalına bənzəyir. Nəysə.
Yekun:

Əzizlərim, əziyyət çəkirsiniz, bilirəm. Amma başqalarının da əziyyətini qiymətləndirəndə Cem Yılmaz demiş əlinizi vicdanınızın üstünə qoyun. Siz səs vermədiniz, hansısa səhifəyə nəsə oldu, yox. Amma siz bu və bunu kimi halların nəticəsində hər il bir az daha gözdən düşürsünüz, azərbaycanda normal müsabiqə olmaz fikrini möhkəmləndirdiyiniz üçün bir tərəfdən "alqış", bir tərəfdən də qarğış düşür. İlkin Manafov startup boş şeydir deyəndə hamı düşdü üstünə ki, niyə elə deyirsən, təzə çiçəklənir dəstək olmaq lazımdır. Və onu ən çox tənqid edənlər, indi MilliNet-in seçimini dəstəkləyir. Bir sözlə absurd. Amma mən ümidvaram və əminəm ki, bizlər bu steraotipləri aradan qaldırmağa nail olacağıq. Sizdən keçdi daha. Gələcək nəsil üçün müqayisə predmeti verdiyiniz və olduğunuz üçün Sizə təşəkkürlər.

19 yorum:

  1. Hasan JABBAROV5/12/13 03:44

    Məndədə həmişə maraq oyadıb bu seçim kriteriyaları. Bəzən elə layihələr birinci yer tutub, elələri kənarda qalır ki insan lap məyus olur. Məncə bizdə seçmə və seçilmə mədəniyyəti hələdə tam oturmayıb. İnşallah bir gün hər şey yaxşı olacaq. Maraqlı təhlik idi. Belə şeyləri paylaşmaq lazımdırkı bir sonrakı səfərə bəlkə bir addım qabağa gedilər..
    NOT- Mən başvurmamışam, sadəcə qırağdan gözləmlərimdi.

    YanıtlaSil
    Yanıtlar
    1. Sizin xərcləri ödəmək üçün 2% etibarlı kredit təklif edirəm. Əlaqə skinderbeth@gmail.com

      Sil
  2. Kriteriyalar öncədən müəyyənləşdirilməlidir ki, nəticə heç kimdə şübhə doğurmasın. Nominasiya xatirinə nominasiya əlavə ediblər, amma nominasiya üzrə mütəxəssisləri cəlb edə bilməyiblər.

    YanıtlaSil
  3. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
    Yanıtlar
    1. Sizin xərcləri ödəmək üçün 2% etibarlı kredit təklif edirəm. Əlaqə skinderbeth@gmail.com

      Sil
  4. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
  5. 1 cisi ondan başlayımki İdeal -ın səhifəsi ilə İntegralPlus səhifəsin müqasiə etmək absurtdur, çünki ayrı ayrı kateqoriyalı satışla məşğuldür hər iki səhifə. 2 -cisi səhifəyə 200.000 adami nəyləsə doldurmaq mənasızıdr əgər səhifədə aktivlik yoxdursa. 3 -cusu bir gündə sizin səhifədə baxdığıma görə 2 max 3 xəbər paylaşılır İntegralPlus səhifəsində isə bu 1 saatdan birdir. Digər yeni açılmış səhifələrlə özünüzü müqasiə edə bilərsiniz nə menada yəni like azlığına görə və yaxudda dizayn işi olmaması barəsində a ama İntegralPlusda açıq aydın görünür həm dizayn işi həmdə çox lazımlı olan aktivlik,görməməzlikdə gəlmək isə ən azı xainlıqdır. Həmişə olduğu kimi uduzanın tətbiqidir qara yaxmaq. Milli net sizləri seçsəydi indi bəlkədə burda onları tərifləyərdiz. Gəlin real-liqa baxaq və döğru düzgen qiymətləndirək. Emin Əzimov

    YanıtlaSil
    Yanıtlar
    1. Emin bəy, ilk öncə şərhinizə görə təşəkkür edirəm.

      Bəli, İntegral ilə İdeal-ı müqayisə etmək absurddur. Seqment fərqlidir. Mənə də o sual maraqlıdır ki, hansı kriteriya əsasında İntegral seçilib, İdeal yox. Düzgün anlayın, İntegral niyə seçilib demirəm, İntegral seçilibsə, İdeal niyə seçilməyib onda. bu 1.

      250 min adam 4 ildə yığılıb və çox professional şəkildə. Səhifədə aktivlik isə Socialbakers nəticələri ilə ölçülür, varsa, paylaşın baxaq.

      Səhifədə gündəlik paylaşılan xəbər sayı keyfiyyət göstəricisi deyil, inanmırsınızsa, interneti 5 dəq dolaşın bu mövzuda n qədər yazı çıxacaq. Post Engagement önəmlidir.

      Səhifədə 8 professional apps var, İntegralda isə yoxdur, budur səhifənin professional göstəricilərindən biri. Sizin səhifədəki dizaynları dizaynerləriniz hazırlayırsa, bizim səhifədə avropadan alınır.

      Qara yaxmaqdan söhbət gedə bilməz. obyektiv SMM üzrə mütəxəssislə birgə istənilən şəraitdə müzakirə edə və fikrimi isbat edə bilərəm.

      Sil
  6. Salam yazdıqlarınız önəmlidir. Lakin bir səhv var ki,VS training şəxsi təlimçi yox təlim və psixologiya mərkəzidir. Digər dediklərinizdə isə müəyyən qədər həqiqət var

    YanıtlaSil
  7. Mən diqqəti V.S Təlim və Psixologiya Mərkəzinin rəsmi FB səhifəsinin üzərinə yönəltmək istəyirəm.
    Qeyd 1: Yazığınız kimi "Şəxsi trainerin səhifəsində heç bir özəl əlavə yoxdu" səhifə şəxsə deyiı Mərkəzə aiddi.
    Qeyd 2: ""Seksologiyanın tarixi" falan mövzular belə fanları cəlb edə bilməyib" dediyiniz təlimə 105 şəxs qeydiyyatdan keçib və ondan yalnız seçilmişləri iştirak edib.
    Qeyd 3: "Bu səhifə fotoqrafın səhifəsi kimi ən dəxilsiz seçimlərdən ikincisidir." Səhifə Mərkəzə aiddi Fotoqrafa deyil.
    Əlavələr: Araşdırılmamış bir blog yazısında müsabiqəni və iştirakçısına qarşı Səviyyəsiz və Savadsız yazıdan başqa nə görmək olar ki? Eyni zamanda qeyd edim ki Müsabiqədə olan jürilərin də qohumluq əlaqələrim qətiyyən yoxdu.
    Jürilər tərəfindən sizə Şəxs olaraq Ban qoyulubsa günahı başqasında axtarmayın. Əvvəlcə səhifənizin və ya saytınızın keçməso üçün onlada dəyişikliklər edin.
    Əlavə sualınız olsa +99450 398 72 69 nömrəmdi zəng vurun Hörmətlə: Toğrul Muxtarov

    YanıtlaSil
  8. Toğrul bəy, şərhiniz üçün minnətdaram. Qeydlərim:

    1. OK, şəxsi səhifə deyil, mərkəz olsun, bu durumu dəyişdirmir.
    2. Qeydiyyatdan neçə nəfər keçib onlar sosial medianın ölçülmə kriteriyası ola bilməz, olmayıb da. Sosial mediada post engagement nə qədər olub ondan danışaq.
    3. Fotoqrafa aid olmadığını bilirəm, sadəcə o səhifə ilə müqayisə etmişəm.

    Səviyyəsiz və savadsız yazı deyirsiniz ok. Dediyimi nə ilə əsaslandıra bilərsiniz? Heç bir şeylə, heç juri özü də əsaslandıra bilməz. Sizə deyil, bütün juriyə isbat etməyə həmişə hazıram.

    Juri belə pis çıxmasın mənə necə ban qoya bilər ki?)) Gulməlidir. Günah keçisi axtaran da yoxdur. Dediyim odur ki, seçim kriteriyalarında ciddi səhvlər var, hətta fəlakətli səhvlər.

    Mən sualımı və cavabımı burada verirəm. Nömrədən bizdə də var, nə demək istəyirsiniz ki? İradlarıma tutarlı cavabınız varsa, buyurun. Hərçənd ki, yoxdur. Uğurlar. 0502161636 Rafiq.

    YanıtlaSil
  9. Sizin dediklərinizin heç bir mənası və məntiqli nəticəsi yoxdur. Jüri heyətini hansı kriteriyaları əsas götürməsini də Jüri heyətin olanda bilmək olar. O ki, qaldı sizin bütün comentlərinizdə yazdığınız "Post engagement"-ə səhirə MilliNet-ə veriləndə artıq 2 aya yaxın olardı fəaliyyətə başlamışdı. Qeyd edə bilərsiniz elə səhifələr var ki, heç 1 gün deyil fəaliyyət var amma o Səhifələrin də Kimə və Hara mənsub olması da göz qabağındadı.

    Ümumilikdə isə araşdırmamış məlumat yazmayən.
    Təşəkkürlər.

    YanıtlaSil
  10. Mənası yoxdursa, mənasız olan nədir, bənd-bənd sadalaya bilərsiniz? - sadalaya bilməzsiniz. Çünki bunu jüri özü də bacarmadı.

    Və həm Siz niyə ancaq üzərinizə alırsınız. Orada n qədər layiq olmayan və heç bir əsası olmayan səhifələr 2-ci tura keçmişdi. Mən hamısını nəzərdə tuturam. Və ən əsası onları ideal ilə müqayisə edirəm. İdeal ilə müqayisədə onlar çox zəifdirlər. Bu səbəbdən də juri izah etməli idi hansı kriteriya ilə seçir, amma o jurilərin heç biri izah edə bilmədi. Siz edə bilərsinizsə, buyurun. Bu mövzunu məndən çox araşdıran varsa da onu da göstərin, öyrənim ondan. Mən fakt sadalayıram, söz oyunu deyil. İradlarım da jurinin olan və ya olmayan kriteriyalarınadır. Uğurlar.

    YanıtlaSil
  11. My Life çevirmək olub necə Lexieloancompany@yahoo.com

    My Name Ohio, Amerika Birləşmiş Dövlət Nicole Marie və həyat indi mənim və ailə üçün rahat yaşamağa dəyər və i iki uşaq ilə mübarizə mum edirəm və i kimi mən, həqiqətən, yaxşılıq mənim həyatımda bu qədər göstərilən görməmişəm olmuşdur ərim son iki həftə dəhşətli qəza rast kimi ciddi bir problem keçir, və həkimlər onu yenidən gedə bilməsi və i getdi sonra onun əməliyyat üçün vərəqələrinin ödəyə bilmirdi o bir incə cərrahiyyə məruz lazımdır ki, ifadə kredit üçün banka və mən Allah qorxusu insan rast gəldi i atamın yanına qaçdı və i yahoo cavab vasitəsilə gəzən zaman o, mənə kömək edə deyil oradan heç bir kredit kartı olduğunu ifadə edərək, mənə salmaq əlverişli faiz dərəcəsi kreditlər verir və səbəbindən ki, i İnternet əsasən Afrika bir çox aldatmacalardan haqqında eşitmə edilmişdir, lakin bu, mənim çıxılmaz vəziyyətə, i bu cəhdi vermək üçün daha heç bir seçim idi (Mr Martinez Lexie) şirkət Amerika Birləşmiş Dövlət və təəccüblü bütün bir yuxu kimi idi, i $ 82,000.00 USD kredit alıb və mən ər əməliyyat payed və o ok və gəzmək bu gün Allaha şükür, mənim ailə xoşbəxt və dedim özümə i wonders bu böyük Allah Man Mr Martinez Lexie mənə və mənim ailə üçün nə qorxusu dünyaya bağırmaq ki, belə hər kəs e-mail vasitəsilə Allah qorxusu insan müraciət kreditin həqiqi və ciddi ehtiyacı var, əgər: (Lexieloancompany@yahoo.com) və ya Şirkət internet vasitəsilə: http://lexieloans.bravesites.com və ya mətn: +18168926958 thanks



    YanıtlaSil
  12. Bu il daha çox monry etmək istəyirsiniz?
    Biznesinizi genişləndirmək üçün pulunuza ehtiyacınız varmı?
    İnvestisiya üçün daha çox pul lazımdırmı?
    Bir layihənin ortasında mısın və bunu başa çatdırmaq üçün pul lazımdır?
    Banklardan borc almağa çalışmısınız və heç bir şəkildə

    Əgər belədirsə, indi bir həll var

    Biz bir suzan investisiya şirkəti, dünya miqyaslı filialları olan qeyri-hökumət təşkilatıdır və biz kiçik və orta müəssisələrə kreditlər verməyə kömək edirik.


    Maraqlı bir şəxs bizə suzaninvestment@gmail.com ünvanında yazmalıdır

    Daha ətraflı məlumat və aydınlıq üçün

    YanıtlaSil
  13. şəgötürənlik üçün 2% pulsuz kredit almaq və bütün xərclərinizi skinderbeth@gmail.com əlaqə saxlayın

    YanıtlaSil
  14. Sizin xərcləri ödəmək üçün 2% etibarlı kredit təklif edirəm. Əlaqə skinderbeth@gmail.com

    YanıtlaSil
  15. Əziz Cənab / Xanım,
    Bu, Adity apradhan tibbi olduğunu geniş ictimaiyyətə bildirməkdir
    xəstəxana ciddi və təcili olaraq sağlam böyrək donorlarını axtarır
    böyrəklərini 780.000 ABŞ dolları səviyyəsində satmaq üçün% 100 ciddi olanlar
    xahiş edirəm maraqlı donorlar elektron poçtumuzla əlaqə saxlasınlar:
    "DR.PRADHAN.UROLOGIST.LT.COL@GMAIL.COM"
    və ya +91 9873591114, 15733337443 nömrəsinə zəng edin.
    Veb sayt: www.drpradhanurologist.com.
    whatsappla əlaqə saxlaya bilərsiniz: 15733337443
    Sizə maksimum məmnuniyyət vəd edəcəyik və təcili yardımınızı gözləyirik
    Uyğunlaşma olaraq hörmətli xəstələrimiz böyrəkləri ciddi şəkildə gözləyir
    nəqli
    Hörmətlə.

    YanıtlaSil
  16. Əziz Cənab / Xanım,
    Bu, Adity apradhan tibbi olduğunu geniş ictimaiyyətə bildirməkdir
    xəstəxana ciddi və təcili olaraq sağlam böyrək donorlarını axtarır
    böyrəklərini 780.000 ABŞ dolları səviyyəsində satmaq üçün% 100 ciddi olanlar
    xahiş edirəm maraqlı donorlar elektron poçtumuzla əlaqə saxlasınlar:
    "DR.PRADHAN.UROLOGIST.LT.COL@GMAIL.COM"
    və ya +91 9873591114, 15733337443 nömrəsinə zəng edin.
    Veb sayt: www.drpradhanurologist.com.
    whatsappla əlaqə saxlaya bilərsiniz: 15733337443
    Sizə maksimum məmnuniyyət vəd edəcəyik və təcili yardımınızı gözləyirik
    Uyğunlaşma olaraq hörmətli xəstələrimiz böyrəkləri ciddi şəkildə gözləyir
    nəqli
    Hörmətlə.

    YanıtlaSil