31.08.2014

3 sentyabrda niyə #yigishiriq ?

Səbəbkarı tanıyaq.

Marketinq Azərbaycan qrupunun yaranmasının 2 ili tamam olur. Bu münasibətlə 03 sentyabr Dəmirçi Plaza 25-ci mərtəbədə qrupun 2 illiyini qeyd edəcəyik. Qrupun yaranmasının tarixçəsi barədə daha əvvəllər bir bloqumda yazmışdım. Maraqlı olsa buradan oxuya bilərsiniz. Qısası artıq 2 ildir ki, marketinq, reklam, pr və bu sferaya aid digər sahələrdən olan menecerlərin toplandığı ən aktiv marketinq qrupudur. Burada ƏN AKTİV sözünü bir daha vurğulayıram. Artıq 4000 üzvümüz var. Qrupda 700-dən çox şirkətin nümayəndəsi və eyni zamanda bütün universitetlərdən marketinqlə maraqlanan, marketinqlə bağlı təhsil alan tələbələr var. Bu 2 ilə nələr sığışdırmadıq, nələr. Mən sayım Siz oxuyun. 

24.08.2014

İş və şəxsi həyat balansını qorumağın 7 yolu

Bugün hər birimiz yaxşı-pis haradasa çalışırıq. Yaxın dostlardan, tanışlardan həmişə bu tip fikirlər eşitmək olar: "Evdə də məcbur olub gecə 4-ə kimi işləyirəm, bilmirəm necə edim, işdə evdən gələn zənglər işləməyə qoymur, fikrimi yayındırır, işə gedən kimi 1 saat heç cür konsentrasiya ola bilmirəm, ha çalışıram evdə işlə məşğul olmayım, alınmır, artıq evdə də onlara vaxt ayırmadığım üçün narazılıqlar yaranır, evdəki problemlərdən qaçmaq üçün çox işləyirəm" və s. Açığını desəm mən şəxsən özümdə bu balansı bir-birinə qatıb-qarışdıranlardanam. Amma zaman keçdikcə anlayıram ki, iş-həyat balansını qorumaq lazımdır. Hətta buna zaman keçdikcə yox, yaşlandıqca da deyə bilərəm. Həyat çox qısadır, insan isə biloji varlıqdır həm də. Bu ilki enerjisi keçən ilkindən zəif, gələn ilki də bu ilki enerjisindən zəif olur bir çox hallarda. Ona görə də bir az düşünüb bu balansı necə qorumaq olar deyə cızma-qaralar edib Sizinlə paylaşıram. Beləliklə,

11.08.2014

İşçiləri şirkətə bağlamanın 10 yolu

Nəhayət 10 gündür üzərində çalışdığım yeni yazımı tamamladım. Yazıya keçməmişdən öncə Sizinlə kiçik bir sirrimi paylaşım. Belə ki, əvvəllər də dediyim kimi mən bütün bloq yazılarımda loru dildə desək arxada əsas olmasına çox çalışıram. Ona görə də hər yazıya çox ciddi önəm və vaxt ayırıram. Bu yazını da əslində 1 günə tamamlamışdım, amma əlavə arqumentlər üçün son həftə ancaq oxumuşam və yaxşıda ki, oxumuşam. Ümumiyyətlə isə hazırda məndə ən az 8 bloq yazısı var ki, ya tam, ya da yarıya qədər yazılıb, amma fikrimi kifayət qədər əsaslandıra bilmək üçün yetərli mənbə axtarışındayam deyə yarımçıq saxlamışam. Qarşıma faktlar çıxdıqca yarımçıq yazılara əlavə edib yayımlayıram. İndi keçək əsas mətləbə.

Bu gün Azərbaycanda şirkətlərin çox ciddi problemlərindən biri kadr problemidir. Demək olar ki, yaxın dostlardan, şirkətlərdən hər gün hansısa sahədə kadr axtarışı ilə bağlı müraciətlər alır, ya da eşidirəm. Əslində niyə kadr yoxdur məsələsi haqqında danışmayacam. Çünki bu özü ayrılıqda ciddi mövzudur. Bu dəfə ciddi kadr probleminin olduğu bir dönəmdə ən azı əlinizdə olanları saxlamaq (qorumaq) üsulları haqqında fikirlərimi bölüşmək istəyirəm. 

Əvvəla ondan başlayım ki, son dövrlər geniş yayılmış işçi tapma metodu formalaşıb. Azərbaycan reallığında yeni yaranan bir çox şirkətlər işçi seçimində çox asan yola əl atır. Tapır istədiyini, verir maaşından 20-30% artıq və iş tamamdır. Başqasının illərlə təcrübə və bilik verdiyi biri aradakı 200-300 manata görə işini rahatlıqla dəyişir. Günah kimdədir? İşçidə yoxsa, onun əvvəlki iş mühitində? Mənə görə bunun 90% günahı işçinin əvvəl işlədiyi yerdəki iş mühiti və bundan irəli gələn faktorlardadır. Yerdə qalan 10% isə məhz işçinin şəxsi istəkləri ilə bağlı ola bilər. Bəs illərlə əziyyət çəkib yetişdirdiyiniz, öyrətdiyiniz, təcrübə qazandırdığınız işçini ondan hələ təzə-təzə fayda almağa başlamışkən itirməmək üçün nələr etməliyik?