30.05.2014

MMF2014-ün ilk gününə olan maraqlı şərhlər, tvitlər

Əziz dostlar, bu gün MMF2014-ün ilk gününü geridə qoyduq. Bu haqda hələ çox yazılacaq. Qısaca onu deyim ki, bugün həştəqimiz aztwi-də top trend oldu. Bu gün həm də ANS TV və Lider forum haqqında canlı çəkiliş edib xəbərlərdə göstərdilər. Çox sevindiricidir. Amma mən bu dəfə sizə bugünə olan şərhlər, irad və tənqidi fikirlər, maraqlı tvitlərdən yuxulu halda topladıqlarımı təqdim edirəm. Heç bir filtrsiz, senzurasız...Buna ehtiyac da yoxdur. Beləliklə,

Azmi Arslan Murad Malik in twitleri her zamanki cok iyiydi
Ama toplanti salonu icindeki organizasyon bozuklugu, teknik problemler, sahne duzeni amator seviyede bile degildi. Gecen il de ayni problemler vardi. Savunmak yerine duzeltmek icin caba harcanmali ve marketolog olmanin farki ortaya konmali. Yoksa " korler sagirlar birbirini agirlar " olur.
2-3 konusmaci ise dunya standartinda iken digerleri vasatti.

Rauf Şərif: Fikrimcə bugünün top 5-liyi: Sənan Əskərov, Fərid İsmayılzadə, Samir Qənili, JIS və Emil Xanməmmədov, ‪#‎mmf2014‬.

Anar Bayramov Emil XanmammadovSanan Askerov bütün parametrlərə görə yaxşı mənada fərqlənirdi. Subyektiv fikrim budur.
Başqa yaxşı çıxışlar da var idi təbii.

28.05.2014

MMMF2014-də bilməli və əməl etməli olduğumuz 14 fakt

Bu gün çox gözəl gündür. 28 may - Azərbaycanda Respublika Günüdür. Bu münasibətlə hər kəsi təbrik edirəm və tariximizlə qürur duyduğumu bildirmək istəyirəm. Keçək mövzuya. Artıq sabah, yəni 29 may Bakıda, daha doğrusu elə Azərbaycanda ilin ən böyük marketinq hadisəsi - MMF2014 başlayır. Artıq biletlər tam satılıb, bilet üstündə davadır desək, yanılmarıq. Bu yazıda mən həmin gün zalda olacaq 300-ə qədər iştirakçıların bilməli və eyni zamanda əməl etməli olduğu 14 məsələ haqqında qısa yazacam. 1 gün öncə oxumaqda fayda var. Beləliklə,

16.05.2014

Rəhim Hüseynovun əziz xatirəsinə

Ölüm haqdır, mütləqdir. Bir gün hamımız bu dünyadan gedəcəyik, dünya fanidir. Bizdən sonra bizi ancaq əməllərimiz yaşadacaq. İstər bu dünyada, istər o dünyada yolumuza işığı ancaq əməllərimiz tutacaq. Bildiyiniz kimi Azərbaycanda marketinq adına çox işlər görmüş, marketinqin əsasını qoymuş insanlardan biri olan Rəhim müəllimi itirdik. Bu haqda dostumuz Cəbrayıl müəllim və İlkin müəllim də bloqlarında qeyd ediblər, sağ olsunlar. Mən həmin 2-3 gündə bu haqda heç nə yaza bilmədim, çünki qəfil olan hadisənin təsirindən çıxmaq çətin idi. Elm aləmimiz üçün Rəhim müəllimin vaxtsız vəfatı yayın istisində soyuq duş effekti vermişdi sanki. Çox gənc yaşda Rəhim müəllimi itirdik, amma O qısa ömrünə o qədər müsbət əməllər yazdırdı ki, Azərbaycanda marketinq adına hər bir uğurda biz Rəhim müəllimi hörmətlə anacağıq, ona gördükləri işlər üçün çox sağ ol deyəcəyik. Mən bu gün bu bloqu yazmağı özümə borc bildim. Dediyim kimi ölüm haqdır və onun bizi harada yaxalayacağını kimsə bilməz. Biz mütləq yazmalıyıq, yaymalıyıq, paylaşmalıyıq ki, heç olmasa bizdən sonra bizi oxuyanlar faydalansınlar.

Bu bloqda sadəcə Rəhim müəllimlə olan ortaq bir çox xatirələrimizi paylaşmaq istərdim.

2.05.2014

Müştəri davranışlarında “LÜKS” amili

Bugün bizi əhatə edən bir çox yerdə “lüks” kəliməsi ilə qarşılaşırıq. Dünyada və Azərbaycanda bir çox brendlər və ya xidmətlər var ki, adının önündə sevə-sevə bu kəliməni işlədir. Bəs nədir lüks? Özəllikləri, fərqi və ona müştərilərin münasibəti, lüks sevən müştərilərin davranışları barədə qısaca danışacağıq. Daha doğrusu lüks brendlər və onun biz müştərilər üzərində təsirindən söz açacağıq. VİP, Lüks, elit və s. bu kimi sözləri Azərbaycanda hər cür obyekt adının əvvəlində görmək olar: Vip dönərdən tutmuş VİP çadıra kimi adlara rast gəlirik. Bir sözlə Azərbaycanda VİP və lüksdə qərbli kimi düşünüb onu şərqli kimi yaşayanlar da az deyil.

Dəb şahzadələrindən sayılan Coco Chanell deyirdi ki, “lüks ehtiyacın bitdiyi yerdən başlayan yeni bir ehtiyacdır” deyirdi. Və ya digər maraqlı bir Cadillac reklamında isə “lüks seçim deyil, ehtiyacdır” deyilir. Lüks sözü “luxus” sözündən götürülüb “həddən ziyadə”, “daha çox” kimi məna verir. Ehtiyacdan kənar bir məna daşıyır. Dünyada lüks sözü ən çox geyim, ləl-cəvahirat, avtomobil, parfumeriya və kosmetika sektorunda istifadə edilir. Təsadüfi deyil ki, dünyada lüks bazarının həcmi 2 trilyon dollara yaxındır. Lüksün əsas sahələrindən biri olan parfumeriya və kosmetika sektorunun isə bizə ən yaxın Türkiyədə bazar payı 2.2 milyard dollar, Azərbaycanda isə 200 milyon dollardan çoxdur.

“Lüks əvvəllər sənətin ən yaxşısı demək idisə, indi məhsulun ən keyfiyyətlisi, ən bahalısı anlamına gəlir”

1.05.2014

MMF2014 biletləri artıq satışda!

Əziz dostlar, bildiyiniz kimi MMF2014-ə ciddi şəkildə hazırlıqlar gedir. Bu haqda daha ətraflı buradan oxuya bilərsiniz. Öncədən də dediyimiz kimi biletləri 01 maydan satışa çıxarmağı planlaşdırmışdıq. Dostlarımızdan olan devetname.az-ın da dəstəyi ilə biletlərimizi bu gün alıb 28Cinemaya təhvil verdik. İlk baxışdan deyim ki, biletlərə baxanda həyəcanlanmamaq mümkün deyil. Bizi keçən ildən daha dolu bir forumun gözlədiyini hiss etmək çətin deyil. Hər gün bizdən forumun biletlərinin qiymətləri və şərtləri barədə soruşurdular deyə, qısaca olaraq aşağıda Sizə bu barədə lazımı bütün məlumatı verirəm: