28.02.2013

Marketerlər "Mümkünsüzü" mümkün etdi


Artıq bir müddətdir ki, ən aktiv marketinq qruplarından olan Marketinq Azərbaycan-da belə bir dəvət yayılmışdı. 27 fevral tarixində qrup üzvü olan hər kəs təmənnasız şəkildə bir yerdə 28 Cinema-da kinoya baxacaq və daha sonra oturub çay süfrəsi altında toplaşacaqlardı. Xatırladım ki, bundan öncə də 2 dəfə bütün marketerlər ramazan bayramı ərəfəsi yığışmışdılar. Bu tədbirin baş tutmasında həm də YelloAd yaxından iştirak etdi, görüşün posteri onlar tərəfindən hazırlanmışdı. Təşəkkürlər Azər Nəcəfov.

"Vaxt var idi" davam edir

Yeni ildə yeni "vaxt var idi" konseptindən sonra 8 mart beynəlxalq qadınlar gününə özəl də bu konseptin davamını etmək qərarına gəldik. Konsept haqqında əvvəlki yazımda geniş qeyd etmişəm. Mart üçün hazırlanan kampaniyada ilk öncə düşündük ki, nəyi ilk dəfə daha sərfəli şəkildə müştərilərə təqdim edə bilərik? Nəhayət qərara gəldik ki, həmişə etdiyimiz 1+1 və endirim kampaniyalarını parallel edək. Konseptimizə də çox uyğun gəldi və belə bir reklam mesajı formalaşdı.

"Vaxt var idi, İdealda ya endirim olurdu, ya da 1+1. Amma indi 8 mart beynəlxalq qadınlar günü münasibətilə martın 1-dən 10-dək İdeal parfum və kosmetika mağazalarında həm 35%-dək endirim, həm də 1+1 aksiyası olacaq. İstədiyinizi özünüz seçin."

Əvvəl olduğu kimi bu dəfə də New Media şirkətinə sifarişimi verdik və aşağıdakı kimi yeni qrafik reklam çarxı alındı.




Xatırladaq ki, reklam çarxı tv və radioda, eyni zamanda tv verilişlərdə band şəklində yayımlanır. Eyni zamanda rich-media bannerlər 4 ən populyar saytlarda da yayımlanmaqdadır. İndidən marağın böyük olacağını gözləyirik.