28.02.2013

Marketerlər "Mümkünsüzü" mümkün etdi


Artıq bir müddətdir ki, ən aktiv marketinq qruplarından olan Marketinq Azərbaycan-da belə bir dəvət yayılmışdı. 27 fevral tarixində qrup üzvü olan hər kəs təmənnasız şəkildə bir yerdə 28 Cinema-da kinoya baxacaq və daha sonra oturub çay süfrəsi altında toplaşacaqlardı. Xatırladım ki, bundan öncə də 2 dəfə bütün marketerlər ramazan bayramı ərəfəsi yığışmışdılar. Bu tədbirin baş tutmasında həm də YelloAd yaxından iştirak etdi, görüşün posteri onlar tərəfindən hazırlanmışdı. Təşəkkürlər Azər Nəcəfov.


Dünən bu tədbir baş tutdu. Yalnız facebookdakı qrupdan olan dəvət sonunda 65 nəfər marketinq və ona yaxın sektorlardan olanlar, qrup üzvləri 18:45-də 28 Cinemada görüşdü. Nə qədər cəhd etsəm də filmin sonuna yaxın çata bildim, amma baxanlar deyir ki, çox qəşəng və mənalı kimi imiş. 

Görüşdən sonra da bəzi dostlarımız getsələr də, yerdə qalan 40-dan çox qrup üzvləri ilə yığışıb elə ordaca çay süfrəsi ətrafında maraqlı müzakirələr etdik. Təkcə onu deyim ki, görüşə gələnlər 45 şirkəti təmsil edirdilər. Məncə, çox böyük nəticədir. Və bundan sonrakı görüşlər üçün təkan verir.

Qeyd etmək istədiyim bir sıra məqamlar var:

  • Marketinqə könül verənlərin mütəmadi olaraq fərqli tədbirlərdə görüşməsi olduqca təqdirəlayiqdir. Bunu etmək lazımdır, bu missiyanı bundan sonra da həm qrup olaraq, həm fərdi olaraq davam etdirəcəyimizə inanıram.
  • İkinci mühüm məsələ marketerlər arasında olan anlaşmazlıqların aradan qaldırılması, rəqib şirkətlərin səmimi mühitdə müzakirələr aparması üçün bu çox vacibdir. Əminəm ki, gəlmək istəyib gələ bilməyən çox dostlarımız oldu. Onları başa düşmək olar, çünki gərgin bir zamanda və vaxtda çatdırmaq çox çətin görünür. Amma gəlmək istəyib məqsədli şəkildə gəlməyənlər də oldu ki, biz onlara ancaq uğurlar diləyə bilərik. Düşünürəm ki, bu tip yanaşma heç kimə faydalı olmayacaqdır. Gücə güc qatmaq lazımdır, bu üsulla da ölkəmizdə səmimi mühit ən pis halda marketinq ictimaiyyətində yarana bilər. Biz heç nədən asılı olmayaraq bu yolda axıra kimi getməyi çox böyük cəsarət hesab edirik və bacardıqca buna nail olacağıq. Dəstək olan hər kəsə sonsuz təşəkkürlər.
  • Görüşdə fərqli şirkətlərdən olsa da ümumən Marketing AİR məzunları çoxluq təşkil edirdi. Bu məni və AİR-i olduqca sevindirir. Sevinirik ki, onlar artıq öz şirkətlərində söz sahibi ola biliblər. Elə ordakı müzakirələrdə də bunu açıq sezmək olurdu. Marketing AİR 2-dən sonra vəziyyətin daha da ürəkaçan olacağını görmək indidən çətin deyil. Təşəkkürlər AİRçilər.
  • Ən mühüm məsələ. Son 3-4 toplu görüşlərdən sonra əmin oldum ki, artıq müəyyən mövzu ətrafında marketinq forumunun keçirilməsinə ehtiyac var. Biz xaricdən deyil, öz yerli marketinq bazarını inkişaf etdirmək üçün yerli yazarlarımız, yerli şirkətlərimizlə birlikdə müəyyən mövzunun müzakirəsinə başlaya bilərik. Bunu FMR TV-də də çox maraqlı işıqlandıra bilərik. Ümumiyyətlə növbəti görüşümüzü mütləq şəkildə videoya çəkmək lazımdır.
Sonda iştirak edən hər kəsə təşəkkür edirəm. İştirak edənlərin adlarını aşağıda qeyd edirəm.
Görüşdən şəkillərə buradan baxa bilərsiniz.

Adı, soyadı
Şirkətin adı
1.    Musa Musayev
Blanks.az
2.    Inara Ibrahimova
Zenit tour
3.    Vaqif Abbasov
Multi Bon
4.    Samir Mehdi
KSM Azerb
5.    Arzuman Huseyni
Faberlic
6.    Cingiz Eyvazov
Vital k
7.    Anar Mustafayev
Web Tec
8.    Qasim Eyvazli
Ideal
9.    Vusal Eleddin M
Faberlic
10.   Ramil Cabbarov
Atlas
11.   Murad Malik
Avis Aptek
12.   Ilkin Manafov
Embawood
13.   Namiq Bayramov
Yello Advertising
14.   Xeyyam Hesenov
NOD mmc
15.   Rasim Davudov
New Media
16.   Seyla Həsənova
Qaya Real Est.  
17.   Rahim Davudov
Creactive
18.   Gunel Memmedova
New Media
19.   Zaur Ismayilov
Azersun
20.   Cavansir Memmedli
Biznesinfo
21.   Huseyn Eliyev
WEB TEc
22.   Vuqar Baba
Cudo Pechka
23.   Lamiye Ismayilzade
AMC
24.   Xeyal Quliyev
MG motors
25.   Elxan Mahmudov
Universal reklam
26.   Ilqar Heyder
Azersun
27.   Rovsane Eliyeva
Impler
28.   Ulviyye Ibrahimova
Impler
29.   Sabina Elekberova
ACT
30.   Azer Qasimov
ALL biz
31.   Cavansir Huseynov
Biznesinfo
32.   Elnur Memmedov
Beauty a.  
33.   Malik Residov
Ultra
34.   Arzu Ehmedova
Ultra
35.   Aynure Memmedova
Yello
36.   Esedov Ilham
Azercall mcm
37.   Humbetova Sehane
Azerenerji
38.   Sefer Aslanov
A+A s
39.   Ulker Kerimova
Nobel oil
40.   Oruc Ibrahimov
Atabank
41.   Anar Quliyev
Yapikredi
42.   Nigar Zeynalova
KSM Az.  n
43.  |Resad Camal
KSM AZ.  n
44.   Abbasov Qudret
Performans c
45.   Nergiz Qehremanova
AMEG
46.   Xelilov Murad
ANS
47.   Elgin Yehyayev
CIB
48.   Dasqin Murseliyev
Brending S
49.  Tural Kerimov
Banner group
50.  Vahid Qasimov
Sahil IT
51.   Ulker Islamova
M AIR
52.   Zuleyxa Qurbetova
M AIR
53.   Babek Musazade
M AIR
54.   Cavid Kamal
M AIR
55.   Orxan Vazehi
M AIR
56.   Aynur Abbasova
M AIR
57.   Nurane Sadiqova
M AIR
58.   Shehriyar Abbasov
M AIR
59.   Memmedova Gunay
M AIR
60.   Memmedova Metanet
M AIR
61.   Vuqar Ismayilov
NB Group
62.   Rufet Abbasov
Mərkəzi Bank
63.   Ven Ka
New Media
64.   Tural Abdullayev

65.   Vaqif Abbasov
MultiBon

Hiç yorum yok:

Yorum Gönder