6.03.2013

Azərbaycan brendlərinin facebookda son göstəriciləri (05 fevral – 05 mart)


Ötən dəfəki yazımda olduğu kimi bu dəfə də fevral-mart aylarında, daha konkret desək 05 fevral – 05 mart tarixləri arasında yerli brendlərimizin facebook aktivlikləri haqqında məlumat verməyə çalışacam. Öncədən xatırladım ki, məlumatlarda Socialbakersazleavingstone hesabatlarından istifadə olunub.

Bu ana Azərbaycandan facebook istifadəçiləri 1 040 000 nəfərdir. Ölkələr içərisində fb istifadəçi sayına görə 82-ci yerdəyik. İnternet istifadəçilərinin 23.97%-i facebook istifadə edir. Orta CPC – 0.12 dollar, CPM isə 0.03 dollardır. Son bir ayda Azərbaycandan facebook istifadəçiləri sayı isə 25880 nəfər artıb. Temp olduqca yüksəkdir. İstifadəçilərin tam 50%-i 18-24 yaş arası gənclərdir. Kişilər 64%, qadınlar isə 36% təşkil edir. 23% isə 25-34 yaş arası qruplardır.

Brendlərə keçməmişdən öncə bildirək ki, ümumi fan səhifələr arasında TOP 5-likdə cəmi 2 şirkət səhifəsi var ki, onlar da Azərcell və Bakcell-in fb səhifələridir. Ölkənin ən çox fanı olan fan səhifəsi isə 335 min fanla Azərbaycan səhifəsidir.


Hazırda Azərbaycan brendlərinin facebookdakı TOP 10-luğu aşağıdakı kimidir:


1.Azercell – 245 196 fan – 12 290 PTA – Page score 63% 


2. Bakcell – 213 502 fan – 11 942 PTA – Page score 53% 

3. İdeal – 195 305 fan – 12 824 PTA – Page score 63% 

4. Romantic – 154 882 fan – 13 611 PTA 

5. İrşad Telecom – 141 871 fan – 10 203 PTA 

6. Park Bulvar – 119 379 fan – 2508 PTA - 

7. Open.az – 106 388 fan – 2421 PTA 

8. McDonalds Azerbaijan – 105 402 fan – 5250 PTA 

9. Mybrands – 102 173 fan – 1498 PTA 

10. Sabina – 96 867 fan – 5618 PTA



Əvvəlki ayla müqayisədə ən tez templə artan 5 fan səhifəyə ardıcıl olaraq İdeal, Sabina, Romantic, Sağlam Saçlar, Unibank, ən tez templə azalan fan səhifəyə Sazz 4G, McDonalds, Mybrands, Azercell daxildir. 

150-ə yaxın brend-şirkət səhifələrinnin içində top 10-u yuxarıda sadaladıq. İndi isə TOP 3-də olan Azercell, Bakcell və İdealın fan səhifələrini dəyərlindirək, təhlil edək.

TOP 3 şirkət fan səhifəsinin təhlili

Azercell: Azərbaycan üzrə ümumi fan səhifələr içərisində fan sayına görə 4-cü, şirkət fan səhifələri içərisində isə 1-ci yerdədir. 3 əlavə fb application yüklənilib. Səhifə qiymət indeksi (page score) 63%-dir. Kontent zənginliyi indeksi 11% (max 30%), bağlılıq 30%, keyfiyyət indeksi 12%, (max.25%) ortalama ER göstəricisi 0.31%-dir.

Bakcell: Azərbaycan üzrə 5-ci, şirkət fan səhifələri arasında isə 2-cidir. Əlavə 10 fb application-dan istifadə olunur. Verilən suallara cavab vermə indeksi 5-6% arası dəyişir. Ortalama ER göstəricisi 0.0138%-dir. Səhifə qiymət indeksi (page score) 53%-dir.

İdeal: Azərbaycan üzrə ümumi 6-cı, şirkət fan səhifələri arasında 3-cü yerdədir. Əlavə 8 fb application-dan istifadə edilir, ilk dəfə applicationlarda web-bannerlərdən istifadə olunub. Səhifə qiymət indeksi 63%, kontent zənginliyi 14% (max 30%), bağlılıq 30%, keyfiyyət 9% (max.25%), orta ER 0.13%-dir.

Nəticə: 

Gördüyünüz kimi Bakcell top 3 içində ən aşağı page score olan səhifədir. Amma top 1 olan Azərcelldən istifadə etdiyi apps sayına və keyfiyyətinə görə yüksəkdir, İdeal ilə isə apps sayı və keyfiyyətinə görə bərabərdir. Ona görə də Ən güclü iki rəqib kimi bu halda Azercell və İdeal-ı götürmək olar. Bu iki səhifəni müqayisə etsək görürük ki:


Azercell vs İdeal (müqayisə) 


- Ən mühüm göstərici olan page score-a görə hər iki səhifə bərabərdir. Kontent zənginliyinə görə İdeal 3% fərqlə, kontent keyfiyyətinə görə isə Azercell 3% fərqlə öndədir. FB application sayı və keyfiyyətinə görə İdeal böyük fərqlə öndədir, app içində banner yerləşimindəki yeniliyinə görə liderdir. ER gösəricisi Azercelldə yüksəkdir. PTA (haqqında danışılma) indeksinə görə İdeal Azercelli- 2-3% civarında qabaqlayır. Azercell-də ortalama günə 0.38 post düşürsə, bu rəqəm İdealda 6.79-dur. Son 1 ayda İdealda postlardan 22-si link, 137-si şəkil, 1 sorğu, 20-si video olubsa, Azercelldə 0 link, 5-i şəkil, 2-i status, 4-ü video olub. 

- Total interactions (like+comment+share) sayı Azercelldə 8696 (7540 like + 954 koment + 202 share) olubsa, bu rəqəm İdealda 49 058 olub. (38948 like + 8584 koment + 1526 share) Verilən suallara cavab verilmə faizi Azercell-də 96.09%, (971 sual – 933 cavab), İdealda isə 93.32% (584 sual – 545 cavab) olub. Cavab vermə vaxtı İdealda 6 saat 55 dəq, Azercell-də 2 saat 15 dəqiqədir. Azərcell-in səhifəsində ən çox aktiv olan user 68 post edib, İdealda isə bu rəqəm 129-dur. 

Son olaraq toplam 12 mühüm parametrə görə İdeal facebook səhifəsi 8-4 hesabı ilə Azercellə qarşı öndə görünür. 05 fevral – 05 mart aralığı üçün olan göstəricilər bunlar idi, növbəti ayda yenidən təhlil edəcəyik.

Hiç yorum yok:

Yorum Gönder