19.07.2014

Blogerlər üçün top 5 informasiya toplama mənbəyi

Son vaxtlar gərgin iş rejimindən dolayı bloqa çox zaman ayıra bilmirəm. Amma inşallah yaxın aylarda 4 yeni proyekt üzərində işləyirəm və düşünürəm ki, irəlidə hələ yazılacaq çox şeyimiz var. Bu yaxınlarda xarici saytlarda gəzişərkən blogerlər üçün faydalı ola biləcək onlarla  resurs haqqında oxudum. İstəyirəm Sizinlə də onları paylaşım. Mən onların içindən bizim sektor adamlarına faydalı ola biləcək 5-ni seçdim. Ümumən mən istər blog olsun, istər 2 cümləlik fikir nə yazıramsa, çalışıram ki, təxminlər, gümanlardan daha uzaq və fakta daha yaxın olum. Düşünürəm ki, belə olanda yazdıqlarımız daha dəyərli və faydalı ola bilər. TOP 5-liyə aşağıda nəzər salaq.


Bəzən olur ki, hansısa sahədən yazırıq və o sferaya aid bizə beynəlxalq statistika və ya digər məlumatlar lazım olur. Siz bu sayt vasitəsilə həm müxtəlif sferalar üzrə, həm ayrıca ölkələr üzrə məlumat ala, həm də özünüz də məlumat yerləşdiricisi kimi çıxış edə bilərsiniz. Qısaca incələdim, həqiqətən də kifayət qədər gözəl məlumatlar var.



Bu sayt vasitəsilə Siz 30-dan çox parametr üzrə ölkələri müqayisə edə bilərsiniz. Bu parametrlərə internetin durumu, iqtisadiyyat, təhsil, səhiyyə və s. daxildir. Rahatlıqla istədiyiniz hər hansı bir parametri seçirsiniz, daha sonra o parametr üzrə müqayisə etmək istədiyiniz ölkəni seçirsiniz. Beləliklə Siz seçdiyiniz parametr üzrə bütün detallı məlumatları alırsınız. Məsələn, son zamanlar ABŞ və Rusiya arası gərginlik daha gündəmdir və mənə bu dövlətlərin hərbi gücünün müqayisəsi maraqlı gəldi. Sizə də maraqlıdırsa, bu linkdən baxa bilərsiniz - http://www.nationmaster.com/country-info/compare/Russia/United-States/Military Hətta Azərbaycan və Ermənistanı da bütün parametrlər üzrə müqayisə edə bilərsiniz.


Burada da Siz qrafiklərlər Google-un müxtəlif mənbələrdən topladığı informasiyaları bir yerdə görə bilərsiniz. Bu və bundan əvvəlki link iqtisadçılar üçün əvəzedilməz informasiya mənbəyidir. Ətrafımızda çox sayda gərəksiz informasiyalar bizi əhatə edir, ona görə də belə qısa yolları bilmək həm zamanımıza qənaət etdirir, həm də doğru mənbəni əldə etməyə kömək edir.


Çox söz yazmadan bir sözlə sosial media haqqında demək olar ki, hər şeyi tapa bilərsiniz. Müəllif yazıları, araşdırmalar, ən əsası isə mütəmadi olaraq vebinarlar keçirilir. Həmin vebinarlara qeydiyyatdan keçməklə qatıla bilərsiniz. Həftəlik izləməyi tövsiyyə etdiyim saytlardandır. 



Reklamçılar üçün əvəzedilməz resurslardan biridir. Burada Siz reklamlara, reklamverənlərə, ölkələrə və brendlərə görə reklamları bir mənbədən izləyə bilərsiniz. Mənbə hazırda dünyanın ən böyük reklam arxivi sayılır. 2 milyondan çox reklam saytda yer alır. Həmçinin Siz reklamları onları çəkən agentliklər üzrə də axtara bilərsiniz. İnanın ki, bunu qardaş qardaşa deməz, mən deyirəm :) Bütün reklam agentliklərini çəkdikləri reklamları üzrə bir mənbədə başqa harada tapa bilərsiniz ki?! Eyni zamanda reklam və marketinq festivallarının hamısı haqqında məlumat da yer alır. Bir sözlə, reklama aid hər şey Sizə bir klik qədər əlçatandır. Siz illik 395 dollar ödəməklə az qala dünyada istənilən reklamı yüksək keyfiyyətdə yükləyə, məlumat ala, izləyə bilərsiniz. Hər yenilik də anındaca mailinizə gələ bilər. 

Hələlik bu qədər. Vaxt olduqca daha çox paylaşmağa çalışacam. Marketing AİR sloqanını artıq həyat sloqanımıza çevirmişik - We Share / Biz paylaşırıq.
P.S. İndi fikirləşirəm, kaş ki Marketing AİR-in sloqanını ""We just share" edərdik :) 

#opurem #ilkindeopur #bayramovgelcix

2 yorum: