28.10.2012

"Adres" qalmaqalı

Ötən ilin noyabr ayında İdeal özünün indiyəqədərki ən böyük imic kampaniyasını buraxmışdı. O ana qədər çəkilən reklamlar içərisində ən bahalılardan sayılırdı. Reklamı Türkiyədə top 5-likdə olan reklam agentliklərindən olan Alametifarika çəkmişdi. Reklam haqqında danışmaq istəmirəm, bu haqda çox yazıldı, çox deyildi. Reklamın ideyası hələ beyinlərdə olarkən dəqiq konkretləşdirdiyimiz bir şey var idi. Bu reklam çarxı ilk yayın günündən çox müzakirə olunmalı idi. Nəysə ki, bir çox reklam agentlikləri ilə görüşdük. Sonunda Alametdə dayanarkən onlara belə bir fikrimizin olduğunu bildirdik. Lakin onlar deyəsən bunu tam anlamadılar, yenə öz bildikləri kimi bir sloqan təklif etmişdilər - Gözəlliyin adresi. Daha sonra biz başladıq bunun Azərbaycan versiyasını düşünməyə. lakin o vaxt anidən öyrəndik ki, əslində Azərbaycan dilinin izahlı lüğətində bu söz var, hətta adresat sözü belə var. Çox gözəl fürsət idi. Heç düşünmədən reklamı bu sloqanla buraxdıq. Sonra iradlar gəldi nə gəldi. Hətta antiinhisar departamentindən belə bizi sloqanı Azərbaycan dilinə adaptasiya ilə bağlı xəbərdarlıq belə gəldi, dərhal reklamları yığışdırmaq tapşırıldı. Təəssüf dövlət orqanı iddianı irəli sürəndə lüğətə gözucu olsa belə göz gəzdirməmişdi. Nəysə ki, biz də 4 cildlik izahlı lüğəti də qoltuğumuza vurub yollandıq nazirliyə, sübut edib qayıtdıq. Facebook səhifəmizə, saytımıza, maillərə belə n qədər şikayətlər daxil oldu ki, niyə rus dilində yazmısınız sloqanı. İstədiyimiz alınmışdı. Hamı bu haqda danışırdı şəhərdə. Biz isə hələ də geniş ictimaiyyətə bu haqda məlumat vermirdik. Hətta marketoloqlar, kopirayterlər belə bunu sezə bilməmişdi. Nəhayət bir müddət keçəndən sonra kitabın adres sözü olan səhifəsini print-skrin edib yayımladıq və şərhlər o andan anidən susdu. Bu gün iş stolumda 4 cildlik izahlı lüğətin olmasını elə o adres sözünə borcluyam :).

2 yorum:

  1. Rafiq bəy, bu bir az təzadlı yazıdır. Çünki səhv etmirəmsə, o vaxtı "adres" sözünün izahlı lüğətdə olmasını başqa birisi bildirmişdi, elə sizin statusda. Yenə də səhv edə bilərəm

    YanıtlaSil
  2. Bəli, başqası qeyd etmişdi. Amma bizim bilib özümüzü elə apardığımızı haradan bilmək olar?)) adres elə tez üstündən keçilən, yaddan çıxan söz deyil axı

    YanıtlaSil