Oxuyaq, bizim də üzümüzə gün doğsun
İndiyədək
yaponlar haqqında çox oxumuşam, bu insanların yaşam və uğur tərzi mənə həmişə
maraqlı olub. Əbəs yerə uğur tərzi demədim, çünki indiyədək gördükləri ilə yaponlar
uğuru əlçatılması asan olmayan fenomenə yox, məhzə sıradan bir tərzə çevirməyi
bacarıblar. Ən son oxuduğum kitabdan sonra isə qəti qərara gəldim ki, indiyədək
ayrı-ayrı yerlərdə apardığım qeydlərimi bir yerə toplayıb bütün oxuyucularım və
oxumayıcılarımla paylaşım. İstənilən iki halda paylaşmaq gözəldir :)
Yaponlar haqqında bir-iki kəlimə
Yaponiya
haqqında ümumi olaraq coğrafi baxımdan qısa yadımda qalanlar bunlardır. Ərazisi
təxminən 377 min kv.km-dir, ərazisi ümumi 6852 adadan ibarətdir, torpaqlarının
cəmi 13%-i əkinçiliyə əlverişlidir və son olaraq ərazisinin 66%-i dağlıqdır.
Yapon iqtisadiyyatının xammadə tələbatı demək olar ki, 100% idxal olunur, qida
maddələrinin isə tam yarısı idxal olunur. Qısaca yaponiyada yoxsul yoxdur, amma
çox zəngin insanlar da yoxdur deyirlər. 128 milyon əhalisi olan ölkənin 2050-ci
ilə qədər 100 milyona enəcəyi deyilir. Bu “bir-iki kəlimə”ni deməkdə məqsədim
yaponların hər mənada “resurs” baxımından nə qədər sıxıntısının olduğunu göstərməkdir.
Babam demiş di gəl ki, bu ölkə inflyasiyanın 0-nın altında olan nadir ölkələrdəndir.
O zaman avtomatik olaraq belə bir sual meydana çıxır: Bə niyə?????
Oxu, niyəsini deyim J
Yapon
möcüzəsi haqqında eşitmişik yəqin ki, bəlkədə də çox da oxumuşuq. O möcüzənin əsasında
məhz Kayzen durur. Yəni “davamlı olaraq yaxşılaşdırma, mütəmadi olaraq irəliyə
getmə, hər günü öncəki gündən daha yaxşı” deməkdir, Kayzen. Məhz onların
uğurunun “niyə”sində duran əsas amillərdəndir bu Kayzen.
Yaponların
bir çox xarakteristik özəllikləri var ki, onlardan bir neçəsini sadalayaq:
- · Tipik bir yapon heç vaxt “bu məni maraqlandırmır, mənə nə” deməz. Kollektiv ruh onlarda inanılmaz yüksəkdir.
- ·Yaponlar çox qürürludurlar, qürurlarına toxunulduğunda rahatca intihar etməyi bacaran bir millətdir. Kapitalizmin təzə kök atdığı vaxtlarda yeni-yeni borclanmağa başlayan yaponlar ödəyə bilmədiklərində kütləvi intiharlara başaldılar, hətta bir vaxtlar ölkədə intihar səviyyəsi 100 min adama 28 nəfərə kimi qalxmışdı. Xəta olar, amma onun sayı 0 olar deyirlər. Xəta edəni bağışlamırlar, etməyi də heç sevmirlər, bu səbəbdən yaponlar ən az xəta etdiklərinə görə də dünyanın ən az üzr istəyən millətidir.
- · Yaponlar heç vaxt səs tonlarını qaldırmaz, kimsə də bunu etdiyində özlərinə qarşı təhqir hesab edərlər.
- · Yaponiyada kişilər qadınlardan üstün hesab olunur. Qadınlar adətən ikinci dərəcəli işlərdə çalışar. Yapon kişisi ona qadının hökm etməsini heç sevməz. Hətta maraqlı bir fakt var ki, yaponiyada ali təhsilli qadınlar, orta təhsillilərə nisəbətən daha az iş tapa bilirlər. Çünki ali təhsilli qadınları işə götürməyə həvəsli olmur yapon kişilər. Orta təhsillilər isə bəsit, sadə işləri görürlər. Yapon kişisinə görə yapon qadını evlənənə qədər işləyə bilər, evləndikdən sonra isə onun işi vətəninə xeyirli nəsil yetişdirmək olmalıdır.
İndi də
Yapon idarəçiliyinin maraqlı tərəflərini sadalayaq:
- · Yaponlar fərdi qərar verməyi sevmirlər, qərarlar adətən ortaq alınır, hamının fikri mütləq dinlənilir. Ailədə bu mədəniyyət hakim olduğundan onların işinə də yansıyıb. Yaponlara görə ortaq qərarlar verilərkən, hər kəs razı qalır, çünki hamı hiss edir ki, bu qərarın verilməsində onların da rolu var və təbii olaraq o qərarı dəstəkləməyə başlayırlar. Qərbdə isə adətən bəlli xüsusi qruplar qərar verir və nəticədə aşağılar əksərən qərardan narazı qalırlar. Qərbdə qərarı həm də tez verirlər, amma icrası uzun çəkir. Uzun çəkən icra isə xətalara səbəb olmaqla yanaşı, bu qərardan xəbəri olmayan aşağıdakı işçilər tərəfindən könülsüz yerinə yetirilir. Onlar iş müstəvisində bir qərara gəlməkdən ötrü 80-ə yaxın insanın fikrini yazılı şəkildə alarlar. Məhz buna görə də Amerikada belə bir deyim var ki, “əgər yaponiyaya bir müqavilə imzalatmaq üçün gedirsinizsə, əsla bunu 1-2 gündə edə biləcəyinizi sanmayın. Bəxtiniz olsa, 2 həftədən sonra bəlkə “hə” cavabını alarsınız.”
- · Yaponlar heç bir şeye “ən yaxşı” deməzlər. “Bu işi etməyin başqa yolu yoxdur” demək də onlarlıq deyil.
- · Yapon idarəçiliyində Kayzen prinsipinə uyğun olaraq qazanc deyil, keyfiyyət öndədir. Qərbdə əgər hər işdə yenilik və nəticə öndədirsə, Yaponiyada isə proses və keyfiyyət hər şeydən öndə gəlir. Məsələn, Toyotada işləyənlər il ərzində ortalama 33 təklif verirlər ki, bunun da məqsədəuyğun olanlarını dərhal icra edirlər. Şirkətdə təklif vermək yaponlar üçün vəzifə borcu kimi bir şeydir.
- · Yaponiyada keyfiyyəti maksimuma çatdırmaq üçün mütəmadi beyin fırtınası (brain storm) keçirilər, hər kəs ağlına gələn-gəlməyən təkliflərini verər, bütün təkliflər də sürətlə qeydə alınar. Ən önəmli məsələ isə, brain storm zamanı irəli sürülən təkliflər qətiyyən müzakirə olunmaz, tənqid olunmaz. Bu prinsipdən bizim yerli idarəçilərimiz də örnək götürsə, pis olmazdı. Çox fikirlər məhz bu halda doğulmamış ölür.
· Yuxarıda dediyimiz kimi xəta etməyi sevməzlər.
Olarsa belə, bunu araşdırmağın çox maraqlı üsulunu tapıblar. Üsulun adı “5 WHY”, yəni bir xəta baş
verdikdə səbəbin kökünə çıxmaq üçün 5 dəfə “niyə” sualına cavab tapmaqdır.
O qədər müdrik bir düşüncədir ki, ilk dəfə bunu kitabdan oxuyanda bir müddət
donub qaldım heyranlıqdan. Bu üsulu qısa nümunə ilə izah edək: Deyək ki, şirkətin
facebook səhifəsinə narazı bir müştəri satıcın ona pis xidmət göstərməsindən
şikayətlənib. Bu halda yaponlar onu məhz 5 dəfə niyə deməklə belə
araşdırardılar.
·
Satıcı müştəriyə pis xidmət göstərib, niyə?
Ona görə ki, yorğun olub
·
Satıcı niyə yorğun olub?
Ona görə ki, bu gün 12 saat ayaq üstə dayanıb
·
Niyə məhz 12 saat ayaq üstə dayanıb?
Ona görə ki, o mağazada iş sistemi belə qoyulub.
·
O mağazada iş sistemi niyə elə qurulub?
Ona görə ki, şirkət ümumən bu cür sistemlə işləyir.
·
Şirkət niyə belə bir sistemlə işləyir?
Ona görə ki, yeni CEO belə istəyib.
Aha, deməli səbəbin kökü şirkətə yeni gəlmiş
CEO-dadır. Yaponlar da məhz “müalicəyə” ən axırıncı niyə sualına cavabdan
başlayılar. Onlarda hər işin bir standartı var, onu tam yazmağa vaxt sərf edərlər,
amma sonunda onu bütün işlərinə tətbiq edərlər, işə yeni gələn üçün də işi mənimsəmə,
anlama asan olar.
· Yaponlara görə problemi həll etmədə ən operativ
üsul onu o problemə ən yaxın olan şəxslə həll etməkdən keçir. Halbuki qərbdə bu
tərsinədir. Məsələn, Amerikalılar ağıla
inanarkən, yaponlar bir addım da qabağa gedərək həqiqətə inanarlar. Amerikalılar
gələcəyə doğru sürətlə addımlarkən, yaponlar əksinə keçmişlərinə çox
bağlıdırlar.
“Bir vaxt boşanmaq üçün evlənmədiyiniz kimi, bir
vaxt işdən çıxmaq üçün də işə girməyin”
Bəs,
bu gündoğan ölkədə işçi və işəgötürən psixologiyası necədir?
Yaponiyada
insan amili, işçilərə münasibət qərbdəkindən köklü sürətdə fərqlənir. Məsələn,
Yaponiyada işçinin şəxsi ciddi problemi olmadıqca və cinayət işləmədikcə işdən
çıxarılmazlar. Hətta firmalar arasında qarşılıqlı işçi alış-verişini durdurmaq
üçün hazırlanan qaydalar belə vardır. Bu olmasa belə, yaponlar işlərini tez-tez
dəyişməyi, hətta dəyişməyi sevməzlər. Burada ali təhsillilərlə orta təhsillilər
işə alınarkən fərqli dəyərləndirmə edilir. Ali təhsillilər belə bitirdiyi
ixtisadan asılı olmayaraq onlara aid olmayan işdə təcrübəçi kimi işə başlaya
bilərlər. Ümumiyyətlə də yeni işçilər
bilik və bacarıqları nə olur olsun, 2-3 il təcrübəçi kimi işləyirlər. 2-3 ildən
bir yoxlamalar edilir və işçinin vəzifəsi arta bilir. Adətən təcrübəsiz bir ali
təhsilli işçinin mütəxəssis ola bilməsi üçün 6-7 il lazım gəlir. Yaponiyada belə
bir fikir hakimdir ki, “nə qədər uğurlu,
ağıllı və professional olursunuz-olun, işinizin gələcəyi işçilərinizdən
asılıdır”. Yaponiyada işə girən işçinin işə başladığı andan onun
universitet qiymətləri tarix olar, əsas diqqət işçinin xarakteri və insanı
keyfiyyətlərinə, qrupla işləmək bacarığına yönələr. Şirkət işçiləri dil
tapmayanlar dahi də olsalar, işdə saxlanılmazlar. Çox önəmli məsələ isə, vakant
yerlərlə bağlıdır. Belə ki, onlar heç vaxt vakant yerə xaricdən deyil, daxildən
yetişdirdiklərini qoyarlar. Bu işçilərdə də əlavə motivasiya yaratmış olur.
Normal işçi bilir ki, nə vaxtsa, ondan üst vəzifədə yer boşalsa və özü də
normal iş keyfiyyəti göstəribsə, onun o işə alınması ehtimalı böyükdür. Bir
anlıq özümüzlə müqayisə edəndə görürsən ki, bizdə əksinə ən üst səviyyədə olan
bir menecer belə, rahatlıqla günlərin xoş bir günü yerinə kənardan başqa
birinin gətirələcəyindən təəccüblənmir, nə də ki, ondan altda olan işçi üzərindəki
1 addımlıq vəzifəyə vakansiya olan kimi həvəsli olmur, çünki nəticəni təxmin edə
bilir. Azərbaycanda hər şeydən öncə məncə, bu düzəlməlidir. Insanlar işlədikləri
yerdə gələcəkdə onları nəyin gözləyə biləcəyini bilməlidir və ya rəhbərlər bunu
onlara göstərməlidirlər. Bu olmadıqda təbii ki, işçi nə qədər təmin edilmiş
olsa belə, özünü olduğu yerdə müvəqqəti hiss edəcək. Keçək mətləbə. Adətən bir
işçi bir vəzifədə 7 ildən çox qala bilməz və ya 10 ildə ən azı iki vəzifə dəyişməlidir.
Yapon universitetləri adətən ümumi təhsil verir, konkret ixtisasa yönəlik təhsili
isə tələbələr işlədikləri müəssisələrdə alırlar. Ümumiyyətlə Yaponiyada ən
balaca şirkətin belə tədrsi şöbəsi mütləq olur, o şöbə mütəmadi treninqlər sayəsində
işçilərini öyərdirlər. Ən böyük yatırım insanadır deyib təhsilə o qədər fikir
verirlər ki, yetişdirdikləri bir işçi işini dəyişəndə də bunu xoş
qarşılamırlar.
Bəs qadınlar?
Yaponiyada
müvəqqəti işləyənlərin əksəriyyəti qadınlardır. Bu qadınların da əksəri subay
olanlardır. Yuxarıda dediyimiz kimi evli qadınlar daha az işləməyə meylli
olurlar və ya yapon kişiləri bu cür istəyirlər. Yapon mədəniyyətinə görə
qadının yeri evidir, vəzifəsi uşaqlarını böyütmək, layiqli vətəndaş yetişdirməkdir.
Bu səbəbdən yapon qadınları ən çoxu 32 yaşına kimi işləyə bilirlər. Qadınların
maaşı da kişilərinkinin yarısından bir az çox olur. Bununla da qadınları işləməkdən
soyudurlar, desək, yanılmarıq. Maraqlıdır ki, qadınlar bəlli bir maaş səviyyəsinə
çatdıqda şirkət qadını işdən çıxarır və yeni işə başlayan bir qadını işə
götürür. Bir də öncə də qeyd etdiyim kimi ali təhsilli xanımlar, orta təhsillilərə
nisbətən daha çətin iş tapır, sonda da orta təhsillilərin gördükləri işləri
görməyə razı olurlar. Bu səbəblə də çox yüksək vəzifələrdə qadınlar adətən
olmur.
“MUDA”YA YOX!
Yaponlar
israfçılığa qarşı çox həssasdırlar. Onlar təbii nemətləri, onları əhatə edən hər
şeyi müqəddəs əmanət kimi qəbul edir, bu əmanəti israf etmənin böyük günah
olduğuna inanırlar. Bu dəyər onların işlərinə də təbii ki, yansıyır. Yaponiyada
belə bir fikir var ki, “lazımsız bir işi
ixtisar edərkən lazımsız bir işçi də avtomatik ixtisar olunacaq”. Onlar
üçün qənaətcillik, resursları minimum həddə istifadə etməklə, məhsul və müştəriyə
orientasiya və bunu edərkən də ən az xərclə etmək, ən yüksək keyfiyyətə nail
olmaq, ən vacibi isə tələbi ən sürətli şəkildə qarşılamaqdır. Yaponca israf
MUDA deməkdir.
Yapon işçisi necə qabağa gedir?
Yaponiyada
bayaq da dediyimiz kimi işçi nə qədər savadlı və bacarıqlı olur-olsun heç vaxt
ondan təcrübəli olandan yüksək maaş almır. Yaponiyada təcrübəli işçi ən dəyərli
sayılır. Bunu bilən gənc, savadlı yapon da səbrlə öz təcrübəsini artırıb yüksəlməyə
öz növbəsinin çatma vaxtını gözləyir. Bu sistem həm maaşa, həm də vəzifəyə
aiddir. Bununla da müəssisədə daha təcrübəli işçi də özündən təcrübəcə az və gənc
olandan əmr almayacağına arxayın olur. Çox maraqlıdır ki, işə yeni başlayanlar,
aşağı-yuxarı ilk 10 ildə bir-birilə eyni maaşı alırlar. Məsələn, 20-24 yaş
arasındakı işçilərin maaşı 50-55 yaşında olanlarla müqayisədə 2-3 dəfə aşağı
olur. Burada da müsbət bir məqam işçinin yaşı çoxaldıqca, vəzifəsinin artmasa
belə, maaşının artacağını bilərək motivə olmasıdır. Yəni onlar üçün təcrübə
olduqca önəmlidir, təcrübəsizin təcrübəlinin üstündə olmasına izn vermirlər,
özləri də bir gün təcrübəli olarkən təcrübəsizdən əmr almağı sevmirlər.
Qısacası onlarda “tapş” sistemi işləmir J
Bir
maraqlı və mənim diqqətimi çəkən ən önəmli məsələ daha. Yuxarıda dediyim kimi
yaponiyada işçiləri müəssisə daxilində çoxlu rotasiya edirlər. Bunu bilə-bilə
işçi gördüyü işi maksimum görməklə yanaşı, başqaları ilə də qarşılıqlı köməkləşmədə
tənbəlliyə qətiyyən yol vermir, əlindən gəldiyincə iş yoldaşına kömək edir. Səbəb
isə çox sadədir. Çünki o işçi bilir ki, gec-tez onu rotasiya edəcəklər və o
yeni işində əvvəllər kömək etdiyi şəxsin indi onun rəhbəri də, işçisi də ola
biləcəyini bilirlər. Hər iki halda da bundan çox məmnun olurlar ki, əvvəllər
hansısa işçiyə yardım edə biliblər. Siz idarəetmədəki mükəmməlliyə baxın ki, bu
da 100% kitabla, elmlə deyil, tarixi köklərlə bağlıdır, zənnimcə.
Hər şeydən bir şey, yoxsa bir şeydən hər şey?!!!
Yaponları
qərbdən fərqləndirən digər bir cəhət də ixtisaslaşma ilə bağlıdır. Belə ki, qərbdə
adətən işçi bir sahənin mütəxəssisi olur, o sahədən kənar heç nə ilə
maraqlanmır. Yaponiyada isə işçi müəssisədə çalışdığı müddətdə fərqli vəzifələrdə
çalışdırıldığından hər sahədən bilgili olur. Onlar hesab edirlər ki, bir işçi
sahəsinə aid bütün şeylərdən xəbərdar olmalıdır. Əksinə olduqda, yəni bir işçi
bir şeyi mükəmməl biləndə onda eqo hissi oyanır, bu şeyi ən yaxşı mən edərəm
tipdə fikir formalaşır ki, bu da şirkətdaxili uyumsuzluğa gətirib çıxara bilir,
işçi özünü əvəzedilməz hesab eləməyə başlayır. Əksinə olduqda, yəni bir işçi
bir şeyi mükəmməl biləndə onda eqo hissi oyanır, bu şeyi ən yaxşı mən edərəm
tipdə fikir formalaşır ki, bu da şirkətdaxili uyumsuzluğa gətirib çıxara bilir,
işçi özünü əvəzedilməz hesab eləməyə başlayır.
Onların təhsil naziri kimdir?
Nazirin
kim olmasının fərqi yoxdur. Əsas odur ki, təhsil onlar üçün həyatı davam etdirmə
səbəbləridir. Bu səbəbdən yaponiyada məcburi təhsil vardır ki, ölkə əhalisinin
də 99%-i 9 illik məcburi təhsili alıb. Maraqlıdır ki, gənclərin 94%-i təhsillərini
universitet səviyyəsinə qədər davam edirlər. Orada orta təhsil çox çətin, ali təhsil
isə müqayisədə daha asandır. Dediyimiz kimi işə girən tələbənin ali təhsil səviyyəsi
çox diqqətə alınmır. Şirkətlər üçün əsl təhsilin işçinin işə başladığı andan
başladığı qəbul edilir. Yeni işə girən üçün giriş törəni hazırlanır. Bu törənə
işə girənin ailəsi də çağrılır, ailəsində işçiyə dəstək olması xahiş olunur. Rəhbər
heyət işçini təqdim edir, nitq söylənir, bəzən ziyafət belə verilir. Məsələn,
bir çox yapon şirkətlərində iş gününün başlanğıcında şirkətin himni hamı tərəfindən
oxunur.
Bu da
yaponlar. Yaza-yaza özüm bir də yazdıqlarımı təkrar oxudum, məncə maraqlıdır.
İnsana dəyər verilən, insanı insan olduğu üçün qiymətlənirən hər şey yaxşıdır, əslində.
Bu arada marekter sözü yaponca belə yazılırmış -マーケティング担当者 J
Maraqli yazidir. Xususen "5 WHY". Teshekkurler.
YanıtlaSilTəşəkkürlər, 5Why mənim üçün də bir yenilik oldu.
SilMəndə yapon təbiətinə yaxın xüsusiyyətlər var,acımasız iş kurallarım :)) aslında bu acımasız deyil də ,gərəkəni tələb etmədir :) çox zaman mənə hissiyatsız da deyirlər:) mən iş şəraitində yaxınıma belə keçmirəm:(( 5 Why doğru bir strategiyadı..
YanıtlaSilİş həyatını münasibətə qatmırsansa, bu əladır.
Sil