Facemark
bu dəfə 16000 insanın fikrini soruşdu
Təxminən
3 ay bundan öncə, aprel ayında Facemark olaraq çoxdandır hər kəsin müzakirə və
mübahisə etdiyi bir mövzunu səsverməyə çıxarmaq qərarına gəldik. Mövzumuz radio
kanalların reytinqi ilə bağlı idi. Belə ki, bir çoxlarımız bəzən ətrafımızın
bizə təqdim etdiyi fikirləri dominant qəbul edib bu və ya digər radionun
reytinqinin yüksək olduğunu düşünürdük. Sorğu məkanı olaraq təbii ki, facebooku
seçdik. Nəticələri aşağıda Sizlərə təqdim edirik, böyük ehtimal nəticələr mənim
kimi Sizlərdə də təəccüb doğuracaqdır.
- Sorğunun keçirildiyi vaxt – Aprel-may 2012
- Sorğunun əhatə dairəsi – 300 669 nəfər
- Sorğuda ümumi səs (like) sayı – 15909
- Sorğunun nəticələrini izləmək üçün yazılanlar – 654 nəfər
- Sorğuya ümumi şərh sayı – 420
- Sorğunu viral yayılması – 124 435 nəfər arasında
Artıq
facebookun həyatımızn telefon kimi ayrılmaz bir parçasına çevrildiyini nəzərə
alsaq, 300 min insanı əhatə edən (ümumi Azərbaycandan facebook istifadəçilərinin
(823000 nəfər) 36.5%-i) 16000-ə yaxın insanın isə birbaşa səs verdiyi sorğunun
nəticələrinin reallıqla uzlaşma faizinin yüksək olduğunu demək olar. Beləliklə,
reytinqlər;
1. Burc fm
(100.5) – 6489 səs / 40.7%
2. İctimai
(90 fm) – 2019 səs / 12.7%
3. Azad Azərbaycan
(106.3 fm) – 1522 səs / 9.5%
4. Azad Azərbaycan
(106 fm) – 1449 səs / 9%
5. ANS ÇM
(102 fm) – 1432 səs / 9%
6. Antenn
(101 fm) – 1345 səs / 8.4%
7. Media Fm
(105.5 fm) – 816 səs / 0.05%
8. Xəzər
(103 fm) – 425 səs / 0.03%
9. Lider
(107 fm) – 289 səs / 0.02%
10. Space
(104 fm) – 123 səs / 0.007%
Ümumi səslərin
yarıdan çoxu Burc və İctimai radionun payına düşür. Bu o deməkdir ki, Azərbaycan
dilli auditoriya ( bu sözü yazmaqdan belə xoşlanmıram heç – p.s red) olaraq əsasən
milli mahnıların dinləyiciləri daha çoxdur. Bu bir tərəfdən də sevindirici
haldır. 3-cü yeri də 106.3 fm-in tutması ilə ilk 3 yeri milli mahnı dinləyicilərinin
daha çox üstünlük təşkil etdiyi görünür. Media Fm-in Avropa + sonrası parlaması
ilə bu kanalın reytinqinin çox yüksəldiyini deyirlər. Ən az reklam qiymətlərində
və verilişlərindəki sponsor aktivliyinə görə də bu qənaətə gəlmək olar. Lakin
son zamanlar elə Media Fm başda olmaqla radio kanalların az qala hamısında
reklam əlindən musiqilərə az yer verilməsi və ya tərsinə desək, rekalma daha
çox yer verilməsi, yeri gəldi-gəlmədi sponsorun tərifi və s. hallar dinləyiciləri
yorur. Kanallar bu haqda düşünsələr, yaxşı olardı. Sorğuda 403 şərh yazılıb, şərhlərdə
Araz fm-i də vurğulayanlar az olmadı, bu kanalın da son zamanlar müsbət mənada aktivləşdiyini
hiss edirik.
Nəticənin
təhlilini daha çox öz üzərinizə buraxıb sonda Azərbaycan radioları haqqında
qısa məlumat vermək istərdim.
Radio Tarix:
Azərbaycan
radiosu 1926-cı ildə “Danışır, Bakı” sədaları ilə yaranıb. 1957 və 2005-ci illərdə
radio fərqli adlarla təşkilatlanıb. Azərbaycan radiosunun ilk azərbaycanlı kişi
spikeri İsmayıl Əlibəyov, xanım spikeri isə Raya İmanzadə olmuşdur.
Zaqafqaziyada ilk fm, Azərbaycanda isə ilk özəl radio ANS ÇM-dir. Çingiz
Mustafayevin şərəfinə onun adını daşıyır. 28 may 1994-cü ildən fəaliyyətə
başlayıb. Azad Azərbaycan radiosu isə 28 may 1996-cı ildə yaranıb. 1 iyun
1998-ci ildə yaranan Antenn fm-də isə əvvəllər “Amerikanın Səsi” radio verilişləri
yayımlanırdı. 24 saat fəaliyyət göstərir. Space 2001, İctimai radio 2006, Media
fm 2009, Burc fm 1998, Lider fm 1999, 106 fm 1999, Naxçıvan Səsi radiosu isə
2001-ci ildə yaranıb. Bundan başqa xarici radioların Azərbaycan bürosu kimi
Azadlıq radiosu yayımlanır. Amerikanın Səsi və Avropa + yayımı isə
dayandırılıb. Bundan başqa bir çox onlayn radiolar da mövcuddur ki, bunlara
baku.fm, day.az/radio, ireli.az radio, mugam radio, radio mor, group fm
(Xaçmaz), inradio.az və s. buraya
daxildir.
Düşünürük
ki, bu sorğu da bir çoxlarımıza faydalı ola biləcək. Şəxsən mən məhz bu
sorğudan sonra Araz fm-i öz avtomobilimdə quraşdırdım və çox da məmnunam. Daha
faydalı olmaq diləyilə yenə həmişəki kimi növbəti sorğularda görüşək deyirəm...
Hiç yorum yok:
Yorum Gönder