marketing air etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
marketing air etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

1.12.2014

Təhsilimiz hara gedir?

Dediklərimiz yox, etdiklərimiz haqqında 

Neçə vaxtdır ki, bu haqda yazı yazmaq istəyirdim. Qismət bu günə imiş. Son baş verən bir neçə hadisəni də nəzərə alaraq Sizə bu dəfə təhsil sistemimizdə ancaq gördüklərimdən, birbaşa və dolayı iştirakçısı olduğum məqamlardan yazacam. Aşağıda 7 istiqamət üzrə müsabət və mənfi dəyərləndirmələr etməyə çalışacam.

# Qafqaz Universiteti bir addım öndə

Səhv xatırlamıramsa, 1 il öncə olardı ki, yaxın dostların dəvəti ilə Qafqaz Universitetinə getmişdik. Universitetin rektoru Ahmet Saniç Azərbaycanda müxtəlif sektorlarda çalışan marketinq və reklam mütəxəssislərini görüşə dəvət etmişdi. Mən də bu görüşə Renat bəy və Xəzər Tv-dən Gökhan bəyin dəvəti ilə qatılmışdım. Ondan öncə Qafqazda çox olmuşdum, amma bu dəfə ətraflı məlumat ala-ala tanış olmaq imkanım oldu. Sonda isə səmimi bir ortamda rektorla görüşdük. Tam səmimi deyim ki, o zamanadək gördüyüm ən sadə və səmimi adamlardan idi Ahmet bəy. Marketoloqları yığmaqda məqsəd isə təhsilə dəstək çərçivəsində və onun da içərisində Qafqaz olmaqla universitetə tələbə cəlb etməyin, reklam kommunikasiyasını necə düzgün qurmağı müzakirə etmək idi. İlk dəfə idi ki, belə halla rastlaşırdım. Bir universitet rektoru reklam və marketinq mütəxəssisləri ilə problemlərini bölüşür, etdikləri işləri paylaşır və çıxış yolları haqqında bizdən məsləhətlər istəyirdi. Olduqca təqdirəlayiq hal idi. 10-dan çox bu sferada çalışan adamlar hərəsi üzərinə bir işi götürməyə, dəstək olmağa məmnuniyyətlə razı olmuşdu. Hətta o vaxt yeganə universitet idi ki, ayırca marketinq departamenti var idi. Digər universitetlərə örnək ola biləcək sistem qurulmuşdu. Düşünürəm ki, universitetlərimiz bu tip əməkdaşlıqları sıxlaşdırmalıdırlar ki, həm bizneslə, həm də reallıqla iç-içə olsunlar. Təəssüf ki, bugün özəl universitetlər var ki, dövlət universitetlərini çox-çox geridə qoyur.

# Təhsil Nazirliyi ilə pilot proqram tezliklə kütləviləşməlidir

10.12.2012

FMR TV by AİR başladı (İlk çəkilişlərdən xatirələr)

Yəqin ki, bir çoxlarımızın artıq məlumatı var ki, Azərbaycanın ilk onlayn marketinq televiziyası layihəsi üzərində iş gedirdi. İdeyanın yaranması və inkişafı haqqında İlkin daha öncə öz yazısında məlumat vermişdi. 

Bu gün bütün texniki hazırlıqları tamamlayıb tam 5 veriliş çəkdik. Buna görə gözümüzdə hər şeyi bu qədər sadələşdirən İlkinə təşəkkür edirəm, dəyərli məsləhətlərinə görə isə Rasim və Anara minnətdaram. Təbii ki, əsas təşəkkür Video.az-a düşür. FMR TV məhz video.az-da açılan xüsusi kanal vasitəsilə yayımlanacaq. Eyni zamanda yaxında verilişlərimizi internet üzərindən birbaşa da yayımlaya biləcəyik. Bundan əlavə təbii ki, Facemark.az-da da FMR TV adlı xüsusi bölməmiz olacaq. Orada da yeniliklərdən tanış olma imkanımız olacaq, arxiv materiallarla tanış ola biləcəyik.

30.09.2012

3 qaranın sirri – Marketing AİR

2003-cü ildə biləndə ki, universitetdə marketinq ixtisasına düşmüşəm, açığı bir az da kədərlənmişdim. O illər menecment daha dəbli idi. Ələxsüs də mən, 1 bala görə menecmentə deyil, marketinqə düşmüşdüm. Həmin vaxt mənimlə bir hazırlaşan dostumun məni necə təsəlli etdiyi indi də yadımdadır. Amma zaman nəinki keçdi, hətta göstərdi ki, marketinq daha tələbatlı sahədir. Bu dəyəri başa düşəndən sonra marketinq bir növ mənim işimə, zövqümə, həyat tərzimə çevrildi. Ondan sonra da nələr oldu, nələr... Amma bu dəfə mən marketinq sahəsində atılan ilklərdən biri haqqında yazmaq istəyirəm. O ilkin adı Marketing AİR oldu. Biz ilk dəfə Azərbaycanda praktiki bilgilərə əsaslanan və daha geniş miqyaslı seminarlar üçün bir araya gəldik.

Marketing AİR necə yarandı?

Bir dəfə İlkinlə marketoloqların tez-tez yığışdığı Park Fore restoranında yenə elə marketinqin keçmişindən-gələcəyindən danışırdıq. Brandmarkeri türk tələbələrin necə professional şəkildə təşkil etdiklərini danışırdım, səhv etmirəmsə. Elə o vaxt İlkin mənə niyə bunu Azərbaycanda və daha praktik formada etməyək dedi. Heç düşünmədən “niyə etmirik ki, ondan da yaxşısını edə bilərik” dedim və o dediyim gündən də dediyim sözün əsiri oldum, bu günə kimi də əlləşirəm J. Hardasa iyul ayının sonları olardı və biz bir yerdən dəftər, qələm tapıb ilk qeydləri, addımları yazmağa başladıq. Hər yazdıqca da bir xeyli əmək, zəhmət tələb edən işin altına girdiyimizin fərqində idik. Nə isə ki, bir neçə gün sonra bu zəhmətə Anarı da şərik qoşduq. Nəhayət 4 avqustda bütün şifahi deyilənləri maillə sistemli şəkildə yazdıq və bu mail işə ciddi başlamağımızın əsası oldu.